Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Allah niyə bizə belə qonşular verib?! Yuxarıda Rusiya, aşağıda İran, solda Ermənistan… Sağda da Türkmənistan, onlardan da bir şey çıxmaz…Bizim yeganə dostumuz, bizim yeganə dayağımız Türkiyədir.
Etikxeber.az xəbər verir ki, bunu SSRİ xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, tanınmış bəstəkar və ziyalı Fərhad Bədəlbəyli bir az öncə AzTV-də canlı yayında çıxışı zamanı bildirib.
“Ermənilər, siz bizim insanlarımızı qaçqın-köçkün saldınız…Bu gün səhər tezdən televiziyada Tərtər rayonundan verilən reportaya baxardım…Qaşqın-köçkünlərin yaşadığı binlar hamısı nə vəziyyətə salınıb…Axı, siz bu insanlardan nə istəyirsiniz? Bu insanların günahı nədir? Etdiklərinizdən doymadınız? Siz insansınızmı? Bir gözüm kədərlidir, bir gözüm sevincli…O, qətlə yetirilən iki uşğaın fotosunu görəndə özümü ağlmaqdan saxlaya bilmədim…Onların günahı nə idi? Allah niyə bizə belə qonşular verib?!”-deyə, F. Bədəlbəyli bildirib və özünü bir daha ağlamaqdan saxlaya bilməyib.
F. Bədəlbəyli eyni zamanda, hərb meydanında olduğu kimi, informasiya savaşında da fəal olmağımızın vacibliyini bildirib.
“Onlarla, rus telekanalları, mediası ilə işləmək lazımdır. Şikayətlənmək lazım deyil, şikayətlənməklə iş düzəlmir…Ay Tahir Salahov, niyə danışmırsız, niyə səsiniz gəlmir? Ay Rüstəm İbrahimbəyov, haradasınız, niyə etiraz bildirmirsiniz? Siyasi ambisiyaları artıq bir kənara qoymaq lazımdır…”-deyə, o, əlavə edib.
Etikxeber.az