Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizin xarici siyasəti ilə bağlı səsləndirdiyi qərəzli və ermənilərin maraqlarına xidmət edən fikirlərini qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edirəm.
Bu sözləri Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahibə Qafarova deyib.
K.Zatulinin bu mövqeyinin Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini bildirən deputat deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən üç dövlətdən biri kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə səy göstərir.
S. Qafarova xatırladıb ki, bu, K.Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk fikirlər deyil:
“O, həmişə öz bəyanatlarında, mətbuata açıqlamalarında tarixi gerçəklikləri, hüquqi məsələləri məqsədli şəkildə təhrif edir, bu zaman ermənilərin maraqlarından çıxış edərək onların mövqeyini açıq şəkildə müdafiə edir. Dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran hərəkətləri ilə Azərbaycan ictimaiyyətinin haqlı qınaq və narazılığına səbəb olub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin 2010-cu ildə “seçki şousu”nu müşahidə edənlər sırasında Zatulinin də olması onun fəaliyyətinin məqsədini açıq şəkildə ortaya qoyan daha bir faktdır. O, erməni diasporundan aldığı sifarişi yerinə yetirərək işğal faktını legitimləşdirmək üçün səy göstərir. Digər bir nüans isə ondan ibarətdir ki, bir çox siyasi dairələr tərəfindən təxribatçı kimi tanınan K.Zatulin həmişə etnik zəmində qarşıdurmaları qızışdırmaq, qondarma, separatçı rejimlərə dəstək verməklə məşğul olub və bu fəaliyyətinə görə bəzi dövlətlər tərəfindən persona-non-qrata elan olunub. Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki, bu zaman o, hətta öz ölkəsinin maraqlarına belə qarşı çıxır”.
S. Qafarovanın sözlərinə görə, bu bəyanat bir daha o əminliyi yaradır ki, erməni diasporunun imkanlarından bəhrələnən, ermənilərin sifarişi və təlimatı əsasında fəaliyyət göstərən Zatulin və onun kimilərinin məqsədi Azərbaycanla Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirməkdir:
“Amma Zatulinə xatırlatmaq istəyirəm ki, onun kimilərinin məqsədi nə olursa olsun, istər Rusiyanın dövlət başçısı və hökumət təmsilçiləri, istər Rusiya cəmiyyətində nüfuz sahibi olan ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycan dövləti ilə əlaqələrin Moskva üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir. Dəfələrlə bəyan edilib ki, Rusiya bu münasibətlərin daha da inkişafına səy göstərir. İndi hansısa bir siyasi təxribatçının, erməni diasporuna həmişə dəstək olan qeyri-ciddi “siyasətçi”nin bu münasibətləri hədəf alması heç bir nəticə verməyəcək”.
Etikxeber.az