Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2016-cı ildə əsas kapitala 14,9 milyard manat məbləğində, yaxud 2015-ci illə müqayisədə 26,1 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Etikxeber.az-a bildirilib ki, istifadə olunmuş vəsaitin 11 milyard 889,5 milyon manatı və ya 79,8 faizi məhsul istehsalı obyektlərinin, 2 milyard 330,4 milyon manatı (15,6 faizi) xidmət sahələri üzrə obyektlərin, 683,5 milyon manatı (4,6 faizi) isə ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 29,2 milyon manatını və ya 40,5 faizini daxili vəsaitlər təşkil edib.
Həmin vəsaitin 10 milyard 832,9 milyon manatı və ya 72,7 faizi isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Etikxeber.az