10 məsələ və 10 təklif – MİLLƏT VƏKİLİ BİR-BİR SADALADI…

Torpaq analizi isə yalnız Quba Regional Aqrokimya laboratoriyası tərəfindən keçirilir. Ancaq bütün fermerlərin həmin laboratoriyada torpaq analizi etdirmək imkanları məhduddur. Belə ki, həm analizlərin qiymətləri bahadır, həm də hər bir fermer laboratoriyadan torpaq nümunəsi götürmək üçün mütəxəssisləri nəqliyyat vasitəsi ilə əraziyə gətirməli, sahədən nümunələr götürməli, onları bir daha laboratoriyaya qaytarmalı və nəticələri götürməyə bir daha laboratoriyaya getməli olurlar.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Xaçmaz rayonundan olan millət vəkili Eldəniz Səlimova məxsusdur.

Qeyd edək ki, E. Səlimov bu yöndə fikirlərini və təkliflərini parlamentin Aqrar siyasət komitəsinin iclasında dilə gətirib.

Onları olduğu kimi təqdim edirik:

1. Rayonda bağçılıq təsərrüfatı olduqca geniş şəkildə inkişaf etdiyindən cərgələrarası şumlama, disk vurulması, torpağın yumşaldılması və ağaclara dərman preparatlarının atılması üçün Çin istehsalı olan YUTO-404 markalı xırda traktorlara ehtiyac çoxdur. Həmin texnikaların lizinq yolu ilə verilməsinin yenidən təşkil edilməsi yaxşı olardı.

2. Şimal regionu üzrə Xaçmaz rayonunda əvvələr də mövcud olmuş Regional Maddi-texniki Təhcizat bazasının yaradılması yaxşı olardı. Həmin bazaya gələn texnikaların regionda ehtiyacı olan istehsalçılara çatdırılması daha səmərəli hesab edilir. Həmçinin kənd təsərrüfatı texnikaları üçün gətirilən ehtiyat hissələrinin regionda istehsalçılara çatdırılması daha operativ şəkildə təşkil oluna bilər. Məsələn bir ədəd çiləyicinin və ya ehtiyat hissəsinin Gəncə şəhərindən və ya Şirvan şəhərindən Şimal rayonlarına gətirilməsi əlavə nəqliyyat və digər zəruri xərclərin yaranmasına səbəb olur ki, fermerlər bununla bağlı həmişə narazılığını bildirirlər.

3. Taxıl biçinindən sonra küləşin yandırılmaması barədə Kənd Təsərrüfatı Nazirliyi və Fövqaladə Hallar Nazirliyi tərəfindən fermerlərə ciddi xəbərdarlıqlar olunmuşdur. Lakin küləşin preslə bağlanması və sahədən çıxarılması artıq xərc tələb edir. Preslənmiş küləşin satılması həmişə problem olaraq qalır. Sahələrin küləşdən vaxtında təmizlənməməsi isə şumun gecikməsinə səbəb olur.

– Rusiya və başqa ölkələrin istehsalı olan küləşi xırda-xırda doğrayan texnikalar alınarsa bu sahədə yaranmış problemləri aradan qaldırmaq olar. Həmçinin küləşdən və digər kompanentlərdən istifadə etməklə mal-qara üçün yem istehsal edən sexlərinin tikilməsi məsələsinə baxıla bilər.

4. Kənd təsərrüfatı məhsullarının istehsalında suvarma suyu ilə təminat məsələsi önəmli rol oynayır.

– Rayonda 20 dən çox müxtəlif tutumlu (35 min kub metrdən 250 min kub metrədək) göllər və sututarlar vardır ki, onların bərpasına ehtiyac vardır. Bununla əlaqədar aidiyyəti qurumlarla birgə müəyyən işlər görülməlidir.

– Subartezian quyularının artezian quyuları ilə əvəz edilməsini daha məqsədəuyğun hesab edirik. Belə ki, subartezian quyularının yerləşdiyi sahələrə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi, transformator yarımstansiyasının quraşdırılması, nasosların alınması və s. xeyli əlavə vəsait tələb edir. İstismar zamanı sərf olunan elektrik enerjisinin pulunu da əlavə etsək məhsulun maya dəyəri xeyli artmış olacaq. Həmçinin fermerlər sərf olunan enerji pullarını ödəyə bilmirlər.

5. Hazırda torpaqları analiz etmədən gübrələrdən düzgün istifadə etmək olmur.

Torpaq analizi isə yalnız Quba Regional Aqrokimya laboratoriyası tərəfindən keçirilir. Ancaq bütün fermerlərin həmin laboratoriyada torpaq analizi etdirmək imkanları məhduddur. Belə ki, həm analizlərin qiymətləri bahadır, həm də hər bir fermer laboratoriyadan torpaq nümunəsi götürmək üçün mütəxəssisləri nəqliyyat vasitəsi ilə əraziyə gətirməli, sahədən nümunələr götürməli, onları bir daha laboratoriyaya qaytarmalı və nəticələri götürməyə bir daha laboratoriyaya getməli olurlar. Həmçinin xidmətdən yararlanmaq üçün regiondan müraciət edənlərin sayı çox olduğundan bütün fermerlərin müraciətləri operativ şəkildə həll oluna bilmir və nəticədə fermer mütəxəssisi torpaq sahəsinə aparılması üçün bir neçə dəfə müraciət etməli olur. Təklif edirik ki, Xaçmaz rayonunda torpaq analizi laboratoriyası açılsın və yaxud bu işləri həyata keçirən səyyar laboratoriya təşkil olunsun.

xacmazzzzz-3

xacmaz-ilham-2

6. Xaçmaz rayonu Suvarma Sistemləri İdarəsinin balansında olan təsərrüfatdaxili və təsərrüfatlararası suvarma arxlarının və kanallarının təmizlənməsinə və yenidən qurulmasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ciddi şəkildə mane olurlar.

7. Meyvə bağlarında budamadan sonra yerə tökülən şaxların sahədən çıxarılması üçün əlavə xərc və işçi qüvvəsi tələb olunur. Lakin şaxları doğrayan texnikalar lizinq yolu ilə gətirilərsə həmin texnika vasitəsi ilə şaxlar doğranılıb cərgələr arasına səpilə bilər ki, bu da nəticədə torpağın münbitliyini artırar.

ELDENIZ-5

8. Fermerlər zərərvericilərə qarşı mübarizə və digər aqrotexniki tədbirlərin həyata keçirilməsi zamanı istifadə olunan dərman preparatlarının keyfiyyətinin aşağı olduğunu bildirirlər. Mağazalardan alınan dərman preparatlarının əksəriyyəti keyfiyyətsizdir, mənşəyi bilinmir, onların saxlanma qaydalarına riayət edilmir və bəzi hallarda istifadə müddəti bitən preparatların satışı həyata keçirilir. Odur ki, aparılan müalicələrin heç bir effekti olmur və nəticədə fermerlər bu işlərə kifayət qədər xərc çəkmələrinə baxmayaraq lazımi məhsul əldə edə bilmirlər. Şura həmin preparatların satışını həyata keçirən mağazaların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsini təklif edirik.

9. Rayonun şimal zonasını əhatə edən 40-dan çox kəndlərdə fəaliyyət göstərən fermerlər tərəfindən mineral gübrələrin alınıb gətirilməsi zamanı ciddi problemlərlə üzləşirlər. Həmin kəndlərdən “Aqrolizinq” ASC-nin Şimal Regional Nümayəndəliyinin Çarxı kəndində yerləşən logistik bazasına qədər olan məsafə 80 km-dən çoxdur. Oradan ayrı-ayrı fermerlər tərəfindən gübrələrin alınıb gətirilməsi vaxt itkisinə və əlavə vəsait xərclənməsinə səbəb olur. Xaçmaz Fermer və Koordinasiya Şurasının üzvləri təklif edir ki, rayonun şimal hissəsində “Aqrolizinq” ASC-nin satış məntəqələri təşkil edilsin.

ELDENIZ-1

10. Fermerlər əldə etdikləri taxıl, meyvə, tərəvəz və süd məhsullarının satışı ilə bağlı ciddi problemlərlə üzləşdiklərini bildirirlər. Onlar meyvə bağlarından və tərəvəz sahələrindən əldə etdikləri məhsulları vaxtında sata bilmirlər ki, nəticədə həmin məhsullar zay olaraq çölə atılır. Şura üzvləri problemin həlli ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin rayon ərazisində tədarük məntəqələrinin açılmasının zəruri olduğunu bildirdilər.

Etikxeber.az

Read Previous

“Barsa” və “Live” dörddəbir finalda – FOTOLAR – YENİLƏNİB

Read Next

Tacikistan-Qırğızıstan sərhəddində növbəti qanlı toqquşma: 1 ÖLÜ, ƏN AZI 20 YARALI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir