“Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqları davam edir -TƏHSİL NAZİRLİYİNİN XEYLİ TƏKLİFLƏRİ VAR

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması yönündə işlər davam etdirilir.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

Qeyd edib ki, bununla bağlı onun rəhbərliyi altında İşçi Qrupu yaradılıb.

“Hesab edirəm ki, bu qanun layihəsinin müzakirələrinə və qəbuluna ciddi ehtiyac var. Mən özüm yay tətil dövründə 30 səhifəlik bir variant hazırlamışam. Eyni zamanda, qanun layihəsinin hazırlanması məsələsi Təhsil Nazirliyi ilə bir yerdə aparılır. Onların özlərinin də xeyli təklifləri var. Sadəcə, yeni tədris ilinin başlanması ilə bağlı nazirliyin işçilərinin başı qarışıqdır, əksəriyyəti yerlərdədir, açılışlardadır. Ona görə onların təkliflərini hələ tam əldə edə bilməmişik.

isa-habib

Amma hesab edirəm ki, onlar da oktyabrın 1-nə kimi təkliflərini yekunlaşdırıb, bizə təhvil verməlidirlər. Həmçinin, həmin dövrə kimi kimin təklifləri olsa, mənə, İşçi Qrupuna təqdim etsin. Komitəmizin sədr müavini Bəxtiyar Əliyev də İşçi Qrupunun sədr müavinidir. Onun da təkliflərini gözləyirik. Odur ki, bütün təklifləri bir yerdə topladıqdan sonra onu bir daha müzakirə etməli və payız sessiyası gedişində ilkin variantda müzakirələrə təqdim etməliyik. İnanıram ki, biz bunun da öhdəsindən gələ biləcəyik, bu qanun layihəsinin də qəbuluna nail olacağıq”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bunun analoqu yoxdur…” – İSA HƏBİBBƏYLİ – YENİLƏNİB – (1)

Read Next

Təhsil kreditlərinin “bəxti” açılır – LAYİHƏ YAZ SESSİYASINA ÇIXARILA BİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir