Təhsil kreditlərinin “bəxti” açılır – LAYİHƏ YAZ SESSİYASINA ÇIXARILA BİLƏR

Biz ödənişli təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı xüsusi qanun layihəsinin hazırlanmasını zəruri hesab edirik.

Ona görə də “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanması istiqamətində komitədə iş aparılır.

Etikxeber.az xəbər verir ki, bunu  Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik  İsa Həbibbəyli  adıçəkilən komitənin iclasında çıxışı zamanı bildirib.

Komitə sədri bildirib ki, artıq bununla bağlı Təhsil Nazirliyi müvafiq qurumlarla söhbət aparır:
isa-habib
“Nazirlik bu istiqamətdə təkliflərini hazırlayaraq Nazirlər Kabinetinə də təqdim edib. Bunu biz bu günün ən zəruri sənədi hesab edirik.Tələbə Maarifçi Təhsil Kredit Fondu ən çox yardıma, köməyə ehtiyacı olan tələbələrə köməklik göstərib. Ancaq bu maliyyə imkanları ilə ödənişli təhsil alan tələbələrin ödənişini ödəmək mümkün deyil.
Ona görə də yeni qanunun hazırlanması zəruridir. Bu, çox vacibdir, çox ciddi məsələdir, cəmiyyətin sosial sifarişidir. Hesab edirəm ki, yaz sessiyasına kimi biz qanun layihəsinin ilkin variantını hazırlayıb, onu müzakirələrə çıxarmalıyıq. Yəni, ilkin variantın yaz sessiyasında müzakirəsini vacib sayırıq”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlıqları davam edir -TƏHSİL NAZİRLİYİNİN XEYLİ TƏKLİFLƏRİ VAR

Read Next

Deputatlar lombardlarla bağlı qanun layihəsinə iradlarını bildirdilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir