“AMEA ləğv edilsin” – TANINMIŞ SİYASƏTÇİDƏN SƏS-KÜY YARADACAQ ÇAĞIRIŞ

Azərbaycan Milli Elmlər Akademiyası ləğv edilməlidir.

Etikxeber.az xəbər verir ki, bu sensasion təkliflə tanınmış siyasıtçi, Xətai rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Borcalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış edib.

zelimxannnn

“Düşünürəm ki, AMEA (Elmlər Akademıyası) fundamental elmə o qədər də aidiyyəti olmayan siyasi dəstək qurumudur.

Və ən azı bu səbəbdən ləğv edilməli, universitetlərin elmi yükü artırılmalı, təhsil-elm-istehsalat vəhdəti məhz bu müəssisələrdə bərqərar olunmalıdır”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, bir neçə il öncə mətbuata açıqlamasında və parlamentdə çıxış zamanı hakim patiyadan olan millət vəkili Siyavuş Novruzov da AMEA-nın bəzi strukturları, elmi-tədqiqat institutları ilə bağlı sərt fikirlər söyləmiş, tənqidlərini dilə gətirmişdi.

Eyni zamanda, bugünlərdə saytımıza açıqlamasında millət vəkili, professor Rüfət Quliyev  öz növbəsində AMEA-da ciddi islahatlar aparılmasının zəruriliyini vurğulamışdı.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Özəlliklə “Höte” yazmaq biabırçılığından qurtulmalıyıq…” – NİYAZİ MEHDİ

Read Next

Otel yandı, azı 8 nəfər öldü – “TƏQSİRKARLAR LAYİQLİ CƏZASINI ALACAQLAR” – ZELENSKİ – FOTO-VİDEO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir