“Qarabağ”dan QƏLƏBƏYƏ BƏRABƏR HEÇ-HECƏ – 1:1 YENİLƏNİB (3)

Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupunda mübarizə aparan Ağdamın “Qarabağ” klubu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də Madriddəki “Metropolitano” stadionunda “Atletiko” ilə oyuna çıxacaq.

Etikxeber.az xəbər verir ki, komandaların qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək oyun üçün start heyətləri açıqlanıb.

“Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Pedro Enrike, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli, Yakub Jezniçak, Donald Gerye və Ramil Şeydayev çıxacaqlar.

“Atletiko”nun ilk onbirliyində isə Yan Oblak, Dieqo Qodin, Filipe Luis, Tomas Parte, Antuan Qrizman, Saul Nigez, Anxel Korrea, Qabi, Stefan Saviç, Xuanfran və Kevin Qameyro yer alıblar.

Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin olacaq.

Bu komandalar arasında Bakıda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

Qrupun digər oyununda “Roma” İtaliyada “Çelsi”ni qəbul edəcək.

Ağdam təmsilçisi qrup mərhələsi çərçivəsində səfərdə “Çelsi”yə 0:6, Bakıda isə “Roma”ya 1:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, “Çelsi” klubu 7 xalla “C” qrupunun lideridir.

“Roma” 5 xalla ikinci, “Atletiko” 2 xalla üçüncü, “Qarabağ” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

***

Artıq qarşılaşma başlayıb.

***

Matçın 40-cı dəqiqəsində “Qarabağ” komandası hesabı açıb. Künc zərbəsindən ötürülən topa başla dəqiq zərbə endirən Miçel komandasını hesabda irəli çıxarıb – 1:0.

***

Birinci hissə  “Qarabağ”ın xeyrinə 1:0 başa çatıb.

***

İkinci hissədə hesabı bərabərləşdirmək üçün təzyiqi artıran “Atletiko” futbolçuları 56-cı dəqiqədə istəklərinə çatıblar. Tomas Parte qüvvətli zərbə ilə topu doqquzluğa göndərərək hesabı bərabərləşdirib  və oyun ümumilikdə– 1:1 hesabı ilə başa çatıb.

Etikxeber.az

Read Previous

“Dövlətimiz həyatında çox əlamətdar hadisələr yaşanmaqdadır…” – SAHİBƏ QAFAROVA YAZIR

Read Next

“Futbolçular hətta məğlub olsalar da, oyundan həzz almalıdırlar…” – QURBANOV – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir