“Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına ikman verməyəcəyik…Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçı dövlətə haqq etdiyi yerini göstərəcək”-MİLLƏT VƏKİLİ

Murdar və alçaq düşmən yenə də təxribatlarından, fitnəkarlıqlarından əl çəkmir. Dünən günortadan Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verənlər, qanlı döyüşlər işğalçı və təcavüzkar Ermənistanın əsl rəzil və murdar simasını bir daha ortaya qoydu. Bir daha məlum oldu ki, bu ölkə, bu oyuncaq dövlətin başsız başbilənləri heç zaman düzəlməyiblər və düzəlməyəcəklər. Onların məqsədi, niyyəti ancaq və ancaq gərginlik yaratmaq, günahsız insanların qanını axıtmaq, təcüvüzkarlıq və işğalçılıqdır.

Təbii ki, ilana zəhər verən hər zaman kərtənkələlər olur. Ermənistana və xəstə təfəkkürlü ermənilərə də on illərdir, yüz illərdir “zəhər” verənlər, Azərbaycanın üzərinə qaldıranlar, gizli və açıq himayədarlar, dəstəkçilər var. Bunlar hamımıza bəllidir. Deyirlər ki, arxalı köpək qurd basar. Ermənistana və ermənilərə qalsa, onlardan qorxağı, zəifi yoxdur. Sadəcə, aldıqları dəstək sayəsində onlar həmişə özlərini “güclü” göstərməyə çalışıblar. Ancaq bu gün onların qarşısında güclü, qüdrətli Azərbaycan və müzəffər, qəhrəman, igid, döyüş qabiliyyətli əsl Ordu var.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, onlar bu Ordunun nələrə qadir olduğunu ən azı 2016-cı ilin Aprel döyüşlərində və 2018-ci ilin Cünnüt əməliyyatlarında gördülər.

“Gördülər ki, Azərbaycanla və Azərbaycan ordusu ilə zarafat etmək, çiling-ağac oynamaq olmaz. 4 günlük əməliyyat az qala Ermənistanın tam süqutuna gətirib çıxarmışdı. Həmin hadisələrdən sonra Ermənistanda yaşananlar, etirazlar, siyasi, iqtisadi tənəzzül bunun əyani sübutudur. Dünən də, elə bütün gecəni də ermənilər, işğalçı dövlət Azərbaycanın və Azərbaycan Ordusunun nələrə qadir olduğunu bir daha gördü, öz laqyiqli, tutarlı cavabını aldı. Bundan sonra da belə olacaq, nə edəcəklərsə, beşqat, onqat artığını görəcəklər.

Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu təxribatlara, fitnəkarlıqlara, işğala dözməyib və dözməyəcək. Torpaq məsələsində güzəştə getməyib və getməyəcək. Ölkə Prezidentinin, Ali Baş Komandanımızın da daim bəyan etdiyi kimi, torpaq məsələsində hec bir güzəştdən söhbət gedə bilməz, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilə bilməz və verilməyəcək. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycandır və nida işarəsi.

Bəli, ermənilər də, Ermənistan da, onun arxasında dayananlar da bunu yaxşı yaxşı bilsinlər və dərk etsinlər. Heç zaman onların arzuladıqları olmayacaq, xam xəyalları baş tutmayacaq, məkrli niyyətləri gözlərində qalacaq. Bu hadisələr həm də ermənilərin, Ermənistanın “nazı” ilə oynayan beynəlxalq təşkilatların, ATƏT-in, Mİnsk qrupunun, həmsədrlərin bir utancı oldu və olmalıdır. Bu hadisələrin, atəşkəsin pozulmasının və gərginliyin yaranmasının səbəbkarlarından biri də elə onlardır. Çünki hər zaman oyun oynayıblar, ikili, üçlü standartlar, ədalətsizliklər nümayiş etdiriblər, işğalçı ilə işğala məruz qalanı eyniləşdiriblər. Əgər onlar bu utancı, bu ləkəni üzərlərindən götürmək istəyirlərsə, artıq oyun oynamağı buraxsınlar və Ermənistanın layiqli, haqq etdiyini cəzasını versinlər, yerini tanıtsınlar. Onlar etməsə, biz edəcəyik. Buna hər cür imkanımız, potensialımız, qabiliyyətimiz, gücümüz, qdrətimiz var.

Sonda dünənki döyüşlərdə həlak olmuş Şəhidlərimizin-dörd Şəhidimizin ailəsinə, əzizlərinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm, torpaq, Vətən uğrunda canını fəda edən igidlərimizin məkanları cənnətlik olsun deyirən, yaralılarımza isə Allahdan şəfa diləyirəm. Şəhidlərimizin qanı yerdə qalmayıb, qalmayır və qalmayacaq. Allah dövlətimizə, xalqımıza, Ordumuza Yar olsun!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi-SƏRT CAVAB TƏDBİRLƏRİ GÖRÜLÜR – MN NÖVBƏTİ MƏLUMAT YAYDI VƏ… – YENİLƏNİB – (1)

Read Next

“Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib, düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir…”-MÜDAFİƏ NAZİRLİYİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir