Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin(MM) payız sessiyasının növbəti plenar iclasının vaxtı dəyişdirilib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, iclasın vaxtı noyabrın 26-dan 25-nə keçirilib.
İclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq.
Bunlar “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.
Qeyd edək ki, ayın 25-də parlamentin həm də Səhiyyə komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasının keçirilməsi nəzərdə tutulurdu.
Lakin plenar iclasın 25-nə salınması ilə bağlı komitələrin birgə iclası sabaha-şənbə gününə təyin edilib.
İclasda icbari tibbi sığortanın ölkə üzrə gələn ildən bütövlükdə tətbiqi ilə bağlı qanunvericiliyə ciddi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gözlənilir.
Qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin imzası ilə parlamentə göndərilib.
Müzakirələrdən sonra qanun layihəsinin parlamentin 25-də keçiriləcək plenar iclasına tövsiyəsi nəzərdə tutulur.
Həmçinin, qeyd edək ki, plenar iclasın vaxtının dəyişdirilməsi Azərbaycanın ilk ali təhsil ocağı-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) yaranmasının yüz illik yubliyeyinin rəsmi və təntənəli şəkildə qeyd edilməsinin nəzərdə tutulması ilə bağlıdır.
Həmin gün ölkənin hökumət və dövlət rəsmiləri, millət vəkilləri tənətənəli yubiley mərasiminə qatılacaqlar.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az