Bir anlıq özünü itirdi, qıpqırmızı qızardı…Və sərt şəkildə cavab verdi ki, bu sual təxribat xarakterlidir, yalandır…-KAMİL HƏMZƏOĞLU YAZIR

2000-ci illərin lap əvvəlləriydi…

Hörmətli Əli Əhmədov YAP-ın İcra katibi seçiləndən sonra yaxşı bir ənənənin əsasını qoymuşdu…

Belə ki, hər həftənin 5-ci günü (istisna hallarda başqa günlərdə də olurdu…) bütün hökumət-dövlət- parlament, NK, PA, MM… rəsmiləri bir nəfər kimi mətbuat konfransı keçirirdi YAP-ın köhnə qərargahında…

Sonradan oliqarxa, maqnata…çevrilənlər də hamısı gəlirdi və bütün sualları cavablandırırdılar…

Bir gün PA-nın şöbə müdiri Fuad Ələsgərov mətbuat konfransı keçirəsi oldu…Sual növbəsi mənə yetişdi…

Həmin vaxt da mərhum İsgəndər Həmidovun vəkilindən yenicə müsahibə götürmüşdüm və qeyd etmişdi ki, Ələsgərovlar imkan vermir İsgəndər bəyin azadlığa çıxmasına…Onun iddiası beləydi…

Hə, onu da deyim ki, cəmi 19 yaşımda, tələbəykən, necə deyərlər, kənd uşağı, “Aydınlıq” qəzet ilə əməkdaşlıq edən vaxtlarımda, 1992-ci ilin sentyabrında İsgəndər bəyi – qılıncının dalının-qabağının kəsən dövründə – tənqid edən yazı yazmışdım, yazı qəzetdə getmişdi və çoxları deyirdi ki, Kamil, kitabın bağlandı sənin…Atam da rayondakı bəzi cəbhəçilərə etiraz əlaməti olaraq, vəzifəsindən istefa vermişdi…Belə bir dönəm idi…

Amma yazıdan sonra mənə qaşın üstə gözün var deyən olmadı o vaxt…

Nə isə…Fuad müəllimə vəkilin dediyi səpkidə sual ünvanladım…Bir anlıq özünü itirdi, qıpqırmızı qızardı…Və sərt şəkildə cavab verdi ki, bu sual təxribat xarakterlidir, yalandır, belə bir şey yoxdur və sair və ilaxır…

Gəldim, olduğu kimi yazdım və olduğu kimi də getdi…

Yenə də mənə nəsə deyən, təzyiq-filan olmadı…

Deməkdə, xatırlamaqda məqsədim odur ki, qır-qırla, dır-dırla…boşboğazlıqla…jurnalistika və jurnalistlik olmur…

Çox təəssüflər olsun ki, bu gün (son illərdə) jurnalistikanın “j”-sindən, adamlığın “a”-sından, peşəkarlığın “p”-sindən xəbəri olmayanlar jurnalist adı altında boş qalmış meydanda at oynadırlar…Bəli, at oynadırlar…Abırlılar, peşəkarlar, zəhmətkeşlər də…qıraqdan onlara, sadəcə, tamaşa etmək məcburiyyətində, məhkumiyyətində qalıblar…

Amma jurnalistlik, jurnalistika ruh məsələsidir, dünyagörüşü məsələsidir, tərbiyə məsələsidir, insanlıq məsələsidir, özünü başqasının yerinə qoymaq məsələsidir, dözüm məsələsidir, fədakarlıq məsələsidir, peşəkarlıq məsələsidir!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İslahatlar, milli dəyərlərlə bağlı olan tədbirlər, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın”-MİLLƏT VƏKİLİ

Read Next

11 nömrəli marşrut xəttində “BakuBus” avtobusları xidmət göstərir-BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir