“Bu, onun təsdiqi deyilmi ki, hayların Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa dayanır?! – DEPUTAT YAZIR

Demək, Avropa Birliyi və Ermənistan arasında əməkdaşlıq anlaşmasıyla bağlı hayların şərhlərinə baxıram. Hamısı bunu birmənalı olaraq diplomatik qələbə kimi təqdim edirlər. Uzun zamandır onların bizim üçün mühüm saydığım məsələlərlə bağlı nə yazdıqlarını və dediklərini izlədiyimdən gəldiyim bir nəticə var. Əgər hay ekspert və siyasətçiləri ağızdolusu hansısa bir qələbədən danışırlarsa, bu böyük bir uğrusuzluqlarını ört-basdır etmək üçün edilir.

Məsələn, aprel döyüşləri zamanı da buna bənzər açıqlamaları olurdu. İndi isə Avropa Birliyiylə ikitərəfli anlaşmada Dağlıq Qarabağ konfliktinin Minsk qrupu həmsədrlərinin irəli sürdüyü üç prinsip əsasında həll edilməli olduğunun təsbitini böyük diplomatik qələbə və Azərbaycana zərbə kimi təqdim edirlər.

Birincisi, hansı qələbədən söz gedə bilər ki, bu prinsip Madrid sənədlərində də öz əksini tapıb və Azərbaycan da buna hələ 10 il bundan öncə razılığını verib. Ona görə verib ki, orada bizim torpaq bütünlüyümüzü sual altında qoyacaq nəsə yoxdur. İkincisi və ən əsası isə Brüssel sammitinə qatılan bütün ölkələrin, o sıradan da Ermənistanın adından yayılan birgə bəyannamədə tərəfdaş ölkələrin hamısının torpaq bütünlüyünə eyni yanaşma sərgilənir və dəstəkləndiyi vurğulanır. Bununla yanaşı Sərkisyanın partiyasının da üzv olduğu Avropa Xaq Partiyasının qurultayında da eyni yanaşma sərgiəndi. Üstəlik Avropa Komissiyasının ticarət üzrə Baş Direktorluğu öz saytında üzv ölkələrin şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətinin yolverilməz olduğu haqda xəbərdarlıq yaydı.

Ermənistanın da altında imzası olan bu bəyyannamədə Azərbaycanın müstəqilliyinin və bütün torpaqları üzərində suverenliyinin dəstəkləndiyi vurğulanırsa, yuxarıda qeyd etdiyim daha iki sənədlə bu dəstək daha da möhkəmləndirilirsə, onda Avropa Birliyiylə Ermənistan arasında bağlanan ikitərfli anlşamada Dağlıq Qarabağ probleminin Minsk qrupu həmsədrlərinin irəli sürdükləri üç prinsip üzrə həlli edilməli olduğunun öz əksini tapması hayların qələbəsi yox, dalana dirənməsi deməkdir.

Çünki 28 üzv və 6 da tərəfdaş ölkənin adından verilən bəyannamadə Azərbaycanın torpaq bütünlüyünü dəstəkləyənlər Minsk qrupu həmsədrlərinin irəli sürdükləri həll variantına da razılıqlarını bildirirlərsə, bu, o deməkdir ki, orada ölkələrin torpaq bütünlüyü sual altında qalmır. Və bu, həm də o deməkdir ki, özünə hörmət edən hər hansı dövlət, onun rəhbərləri bundan sonra durub həmən həll variantında guya Dağlıq Qarabağın müstəqilliyinin də öngörüldüyünü iddia edə bilməz, etməməlidir. Əlbəttə, bir daha vurğulayırıq özünə hörmət edən dövlət və rəhbərləri. Amma elə həmən sammit zamanı da gördük ki, söhbət Ermənistan və rəhbərlərindən gedirsə, onlar özünəhörmət anlayışına da Madrid prinsiplərinə yanaşdıqarı kimi yanaşırlar.

2013-cü ilin sentyabrında Moskvaya çağırılaraq Avropa Biriliyiyə Assosasiya anlaşmasına getmələrinə qadağa qoyulan Serj Sərkisyanın sammitdəki çıxışında bu anlaşmanın guya Avropa Birliyinin təqsiri üzündən baş tutmadığını deməsi də elə bunun təsdiqi deyilmi? Bu həm də onun təsdiqi deyilmi ki, hayların Dağlıq Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa və ağ yalana dayanır?!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Avropa İttifaqındakılar da anladılar ki…” -ELDAR İBRAHİMOV

Read Next

“Heyvanları qorumaq hər kəsin borcudur…” – CƏZALAR SƏRTLƏŞDİRİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir