Büdcə zərfinə ciddi marağın olması gözləniləndir – BAHAR MURADOVA – YENİLƏNİB (3)

Bu gün Milli Məclisin (MM) komitələrində büdcə müzakirələrinin sonuncu günüdür.

Etikxeber.az xəbər verir ki, büdcə zərfi bu dəfə MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

millimeclis-2015_40

Birgə iclasda adıçəkilən komitələrin sədrləri və üzvləri ilə yanaşı, müvafiq dövlər qurumlarının da məsul şəxsləri iştirak edəcəklər.

Komitələrin birgə iclasına MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.

bahar-mm-1

***

Vitse-spiker: “Büdcə zərfi dünyadakı qlobal maliyyə-iqtisadi proseslər və çağırışlar nəzərə alınaraq, çox mükəmməl şəlikdə hazırlanıb”

B. Muradova birgə iclası açaraq bildirib ki, növbəti ilin büdcə zərfi ilə bağlı müzakirələr göstərir ki, bu ali sənədə bütövlükdə cəmiyyətdə çox ciddi maraq var:

“Çünki bu sənəd qarşıdakı ilin və növbəti 3 ilin inkişaf istiqamətlərini özündə əks etdirir. Bu baxımdan, büdcə zərfinə belə bir ciddi marağın olması təbii və gözləniləndir”.

***

Vitse-spiker sonra bildirib ki, büdcə zərfi dünyadakı qlobal maliyyə-iqtisadi proseslər və çağırışlar nəzərə alınaraq, çox mükəmməl şəlikdə hazırlanıb.

O, ali iqtisadi sənəddə insan kapitalına mühüm önəm verilməsini təqdirəlayiq hal kimi dəyərləndirib:

“Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.

***

Azer-bayramov

Maliyyə nazirinin müavini Azər Bayramov deyib ki, büdcə zərfində dünyadakı makroiqtisadi dəyişiklər nəzərə alınıb.

Onun sözlərinə görə, 33 rayon və şəhər istisna olunmaqla, yerdə qalan bölgələrə dövlət büdcəsindən yenə dotasiya ayrılacaq.

***

hasanova sevinc

Sevinc Həsənova: “Ölkəyə turizm axını ildə-ilə artmaqdadır”

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, növbəti ildə neftin bir barrelinin qiyməti 45 dollar götürülsə də, sonrakı 3 il üçün 40 dollar həcmində müəyyənləşdirilib.

O, qeyd edib ki, ölkədə turizmin inkişafı üçün çox mühüm addımlar atılır və bu məsələ büdcə zərfində də nəzərə alınıb.

Nazir müavininin qeyd etdiyinə görə, bu səbəbdən ölkəyə turizm axını ildə-ilə artmaqdadır:

“Gələn il bu artımın 6,8 , sonrakı 3 ildə isə 6 faiz təşkil edəcəyi proqnozlaşdırılır”.

Nazir müavini həmçinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində addımların növbət ildə də atılacağını deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əliyev Ruhaniyə başsağlığı verdi

Read Next

“Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir…” – RAFAEL HÜSEYNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir