“Dağıdılmış, erməni vəhşiliyinə məruz qalmış bəzi yerlər, binalar olduğu kimi, saxlanılmalıdır, gələcək nəsillərə çatdırılmalıdır”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Ötən 30-32 il müddətində, Qarabağ münaqişəsi dövründə erməni-faşist işğalçılarının işğal edilmiş ərazimizdə törətdiyi vəhşilikləri bütün dünyaya və gələcək nəsilə göstəmək üçün müəyyən yerləri konservləşdirib saxlamaq, vandalizm törədilmiş bəzi obyektləri, binaları olduğu kimi, yaşatmaq olar. Məsələn, Gəncəyə ardıcıl şəkildə, iki dəfə ballistik, qadağan olunmuş raketlər raketlər atıldı, vəhşiliklər törədildi. Bu, ən dəhşətli, 21-ci əsrin hərbi cinayətlərdən biridir. Bunu təkcə Azərbaycan üçün yox, bütün dünya üçün göstərmək lazımdırki, bu cür cinayətlər cəzasız qala bilməz və qalmasın. Ona görə də bəzi dağıdılmış, vəhşiliyə məruz qalmış yerlər, binalar olduğu kimi, saxlanılmalıdır, necə varsa, o cür də qalmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu professor, parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu yöndə səslənən təkliflərə münasibətini bildirərkən deyib.

“Eyni zamanda, arxitektur, şəhərlərin gələcək inkişafı baxımından bu necə olmalıdır, necə təqdim edilməlidir və sair, bu haqda da fikirləşilməlidir. Çünki onların gələcəkdə müəyyən təsirlərə məruz qalması, ekoloji cəhətdən xarab olması, sıradan çıxması məsələsi də var. Bunlar da düşünülməlidir. Bununla belə, düşünürəm ki, səsləndirilən təkliflər kifayət qədər məqbul və alqışlanan təkliflərdir. Bunlara da yəqin ki, baxılır, düşünülür və müəyyən addımlar atılacaq”-deyə, B. Əliyev sonra əlavə edib.

Etikxeber.az

Read Previous

“Nur üzlüm…19 yaşlı Şəhidim…”-KAMİL HƏMZƏOĞLU ŞƏHİD ELŞƏN KƏRİMOVDAN YAZDI

Read Next

“Bu fotolara yaxşı, diqqətlə baxın…Birinci Qarabağ Savaşını, onun ağrı-acısını canında, bədənində, ruhunda yaşadan İgid…”- KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir