“Hərənin öz müharibəsi var-dini savaş ayrı, Katalikosluq tacını götürmək ayrı…”-ZAHİD ORUCUN YAZISI

Dünyanın gözü Kəlbəcərə dikilərkən, uca dağların əhatəsində, gözəl meşə massivi və əsrarəngiz təbiətin qoynunda yerləşən Xudavəng monastrı ətrafında cərəyən edən qələbəlik, yüzlərlə erməninin İsa Məsihin, onun həvarilərinin adına etdikləri dualar, tökülən göz yaşları və yandırılan şamları fonunda keşiş Qrant Ovanesyanın bədheybət obrazı 10 noyabrda təslimçilik aktına qol çəkən bir dövlətin siyasət və din adamlarından daha çox qabarır.

Min illər yaşı olan və tarixin sınaqlarından çıxaraq günümüzə gələn, hətta Allahsızlar İttifaqı adına iddia edən Sovetlər Birliyinin cəngindən xilas olan məbədin üzərindən ölkəmizə qarşı təbliğat müharibəsinin ön cərgəsinə çıxarılan pastor Ovanisyanın şəxsiyyətini bir cümlə ilə tanımaq yerinə düşər.

İndi Sülhyaradıcı qüvvələrin Bayrağı altında bir qədər toxunulmazlıq və güc qazandığını zənn edən, hər gün ətrafında onlarla xarici-yerli media quruluşuna fərqli çöhrələr sərgiləyən, hətta ölümdən qorxmadğını dilə gətirərək, Ermənistana qayıtmayacağını bəyan edən adam əslində dindən daha çox hərbi qiyafəli qatildir.

90-cı illər birinci Qarabağ müharibəsində təkcə işğalçı əskərləri döyüşlərə ruhlandırmayıb, özü də şəxsən əlinə əvvəl avtomat, sonra pulemyot götürüb azərbaycanlılara qarşı qəddar aktlarda iştirak edəndən sonra bütün dünya ermənilərinin Patriarxı, Katalikos 2-ci Vazgen tərəfindən Qarabağ yeparxiyasına, sonra isə hazırki Dadivəng kilsəsinə rəhbər təyin olunub.

Adam öz silahlı keçmişi ilə nəinki utanıb, çəkinmir, əksinə onunla fəxr edir.

“Puleymotu kilsənin qabağında çıxarıb ayin icra etmək üçün içəri daxil olurdum” deyən Ovanisyan fərqində deyil ki, Allah adamı sayılmaq üçün bir neçə yüz kvadratmetrlik məbədin hüdudlarında deyil, bütün Yer kürəsində, o cümlədən, uca göylərdə də o adı sübut etməlisən.Yoxsa, Müqəddəs Xaçın altından Ponti Pilatın ruhu, ətə-sümüyə işləyən qırmancı, insan canı alan silahın süngüsü parlayacaq.

Dadivank Monastery (1214) is the largest monastic complex in the Republic of Nagorno Karabakh. It was founded by St Dadi, a disciple of St Thaddeus who spread Christianity through eastern Armenia in the 1st century AD.

Keşiş Qrant Ovanisyan 44 günlük müharibədə səngərin önündə gedən rahiblərin əqidə qardaşıdır.Dini inancı istismar edənlər indi Kəlbəcərin tarixi Xudavəng qalasını müharibənin sonrakı baş ünvanına çevirmək planı üzərində iş aparırlar.

Heç kəs soruşmur ki, son 30 ildə o yeri nə qədər adam ziyarət edib? Təssüf ki, açıq mənbələrdə buna dair səhih məlumatlar yoxdur. 60 mindən artıq məğrur kəlbəcərlilərin evlərində 30 il yaşayandan sonra sayları bəlkə də heç minə çatmayan, amma rəsmi statistikalarına saxta rəqəm yerləşdirən ermənilər fönüb olublar etiqadlı mələklər…

Görünür, Şuşadakı kilsəni itirdiklərindən Rusiya rəhbərinin, o cümlədən dünyanın diqqətinə humanitar acıdan düşmək ssenarilərini intensiləşdirən din xadimləri minlərlə erməni gəncini öz avantüralarına xərcləyib, onları təmtəraqla o dünyaya yola salandan sonra gələcək fitnələrə hazırlıq görürlər.

Bir adam tapılıb demir ki, Dadivəng duaları ilə tarixən erməniçiliyin əsas istinadgahı, sığınacağı və dövləti olan Eçmiədzin kilsəsi bütöv bir diyarın maddi və mənəvi varlığının yandırılmasını öz ayinləri ilə necə uzlaşdırırlar? Bəli, hərbi meydanda məğlub olanların bütün dünyanı tonqala atmağa hazır olduqlarını, ardınca da gəlib bir-birinə sarılaraq, 1915-ci il səhnələrini necə canlandırdıqlarını yaxşı görürlər.

İndi İrəvan küçələrini bürüyən ümumxlaq etirazları və hakimiyyət gəmisini tərk edən nazirlərin, digər yüksək çinli məmurların ardınca iflas edən erməni dövlətinin cəsədini yerdən qaldırmaq üçün Eçmiədzində də Patriarx mücrüsünü ələ keçirmək üçün dava bir azdan qızışacaq.

O zaman, Azərbaycanla müharibədə “səngərini tərk etməmiş” keşiş Ovanisyan taxt-taca bir nömrəli namizədlərdən olacaq.

Unikal ssenaridir.

Dadivəngdəki bütün ikonaları, qiymətli əsərləri mərkəzə göndərib, ardınca da təxribat üçün özünü Kəlbəcərdə saxlayan adam haqqında bir azdan bütün dünya erməniləri qəhrəmancasına danışacaqlar ki, o, fərarilik edən generallar və əskərlərdən fərqli olaraq, Postu tərk etməmişdi.

Bəli, hərənin öz müharibəsi var-dini savaş ayrı, Katalikosluq tacını götürmək ayrı…

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Qalibiyyət səfəri-QƏNİRƏ PAŞAYEVA YAZIR

Read Next

“Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər və Laçın…Və bütün Qarabağ! Biz gəlmişik, biz gəlirik, biz gələcəyik!”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDAN VƏ BİRİNCİ XANIMIN QARABAĞ SƏFƏRİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir