Hadi Rəcəbli Azərbaycanın ən yaşlı-SEÇİCİLƏRİNDƏN BİRİ İLƏ… – FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatının dəstəyi ilə deputatlığa namizəd Hadi Rəcəblinin növbəti dəfə seçicilərlə görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, “YAP” fəalları, kənd ağsaqqalları və gənclərin böyük bir qrupu, səhər saatlarında dağ kəndlərindən gələrək nəzərdə tutulmuş yerdə deputatlığa namizədlə görüşə toplaşıblar.

Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Haftoni, Talışlı və Ləj kəndlərinin seçiciləri iclasa 10 dəqiqə qalmış zala daxil olan Hadi Rəcəblini ayaq üstə gurultulu alqışlarla qarşılayıblar.

Səmimi replikaları ilə seçiciləri salamlayan deputatlığa namizəd onlara bu iclasda iştirakina görə razılığını bildirib.

İclası aparan əməkdar jurnalist Əlimərdan Əliyev qısa giriş nitqi söyləyib, Hadi Rəcəblinin tərcümeyi-halının əsas məqamlarını xüsusi vurğulayıb.

Seçki kompaniyasının fəal üzvlərinin hazırladığı video çarxlar hissə-hissə paylaşılmağa başlanılıb.

Yazıçı-publisist, rayon Ağsaqqallar Şurasının üzvü Etibar Əhədov Hadi Rəcəblini 50 ilə yaxındır ki, tanıdığını vurğulayıb və onun xeyirxahlıq sadalayıb.

O, qeyd edib ki, Hadi Rəcəbli hələ komsomol işində işləyərkən 10-larla gəncin inkişafında xüsusi rol oynayıb, vəzifə tutduğu pillələrdə 100-lərlə insanın problemini təmənnasız və operativ həll edib.

Qeyd olunub ki, nə edəsən ki, Hadi Rəcəblinin özü bu işləri yaymamaqla yanaşı, insanlara qədim atalar sözü olan: “Sağ əlin verdiyini sol əl bilməməlidir” məsəlini dönə-dönə xatırladır.

Etibar Əhədov ölkə başçısı, “YAP”-in idarə heyətinin sədri İlham Əliyev cənablarına Lənkəran ictimaiyyəti adından dərin minnətdarlığını bildirərək söyləyib ki, Hadi Rəcəbli “YAP”-ın və xalqın ən layiqli namizədidir.

Sonra danışmaq üçün söz alan, ucqar dağ kəndindən olan, bir neçə müddət öncə  deputatlığa namizədliyini vermiş, indi Hadi müəllimin vəkili olan   Mirzəhüseyn Miriyev deyib ki, o da “YAP”-n üzvüdür. Hadi Rəcəblinin namizədliyi verilməmişdən qabaq o da sənəd vermiş, imza toplamış və bu missiyada iştirak etmək arzusunda olmuşdur. Biləndə ki, Hadi Rəcəblinin namizədliyi irəli sürülüb o, təcili namizədliyini geri götürüb və doğma partiyasının irəli sürdüyü namizəd Hadi Rəcəbliyə bütün varlığı ilə kömək etmək arzusunda olduğunu bildirib.

Eyni zamanda Mirzəhüseyn  Miriyev  qeyd etdi ki, nisbətən gənc olan tərəfmüqabil namizədlər seçki qanunlarını kobud şəkildə pozur, çayxana, dükan və digər ictimai-iaşə obyektlərinin şüşələrinə öz şəkillərini vurur, hüquqa zidd fikirlər səsləndirir, fantastik öhdəliklər götürürlər. Bu cür  gülünc, utopik platformalar əhali tərəfindən çox pis qarşılanır. O, namizədləri real ideyalarla çıxış etməyə, seçki mədəniyyətinə riayət etməyə çağırıb.

Vaxtaşırı nümayiş etdirilən görüntülər iclas iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanırdı və zalda  çıxış etmək arzusunda olanların sayı qat-qat çoxalırdı. Buna baxmayaraq, iclası yekunlaşdırmaq qərarı qəbul olunur.  

Yekunda aparıcı zala sorğu ilə müraciət edib: “Kimə səs verəcəksiniz? Deputatınız kim olacaq?”

Zal hamılıqla Hadi Rəcəblinin adını çəkib və sürəkli alqışlarla bunu bir daha təsdiq edibilər.

Qeyd edək ki, siyasi elmlər doktoru, professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli 7-ci dəfədir seçkilərə qatılır.

H. Rəcəbli ilk dəfə 1985-1990-ci illərdə keçmiş Ali Sovetin deputatı olub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra MM-ə keçirilən 5 çağırış seçkidə iştirak edib və millət vəkili seçilib.

1995-ci ildən bu yana MM-in Əmək və sosial siyasət komitəsinin (Sosial siyasət daimi komissiyasının) sədridir.

MM-in ən fəal komitə sədrlərindəndir.

Rəhbərlik etdiyi komitənin hazırladığı bir neçə qanun layihəsi MM-in müzakirəsindən keçib və hüquqi qüvvəsinə minib.

Komitənin hazırladığı və hazırda qüvvədə olan “Duzun yodlaşdırılması haqqında” qanun dünyanın model qanunları sırasındadır.

Mətbuata ən açıq olan azsaylı miillət vəkillərindən və komitə sədrlərindəndir.

Ailəlidir, 4 övladı, bir neçə nəvəsi və nəticəsi var.

Etikxeber.az

Read Previous

Asim Mollazadənin DİP-indən-KİMLƏR NAMİZƏDDİR?

Read Next

Millət vəkili-“CANLI ENSİKLOPEDİYA” İLƏ BİR ARADA -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir