“Hazırkı vəziyyətlə əlaqədar bütün səhiyyə işçiləri böyük yük daşıyır, xalqın xilsakarı rolundadırlar”-MÜŞFİQ CƏFƏROV

Səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər birbaşa vətəndaşların sağlamlığına verilən dəyərdən irəli gəlir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, dövlət üçün ən vacib sahə məhz insanların sağlamlığı, hər zaman səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli və əsl peşəkar həkim kadrlarının hazırlanması olub:

“Son proseslər onu göstərdi ki, hər bir dövlətin əsas vəzifəsi əhalinin sağlamlığının mühafizəsi, millətin genofondunun qorunması, gələcəyinin təmin edilməsinə diqqət və qayğı təşkil etməlidir. Dövlətimizin dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi, əsas yerlərdən birini tutur”.

M. Cəfərov söyləyib ki, səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər birbaşa vətəndaşların sağlamlığına verilən dəyərdən irəli gəlir:

“Cəmiyyətimizin sağlamlaşdırılması ayrı–ayrı, fərdlərin ailələrin sağlamlığına gedən yolun təminatçısıdır”.

Deputatın sözlərinə görə, yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur:

“Artıq Azərbaycan səhiyyəsi yeniliyə, tərəqqiyə sədd yaradan maneələri, lüzumsuz stereotipləri inamla aradan qaldırır. Dünya səhiyyəsi ilə inteqrasiya halındadır. Bu isə bizim qürurumuzdur. Koronovirusla mübarizədə dövlətimizin siyasətini beynəlxalq təşkilatlar, dünyanın bir sıra qabaqcıl ölkələri yüksək dəyərləndirmiş, təqdirəlayiq hal olaraq qiymətləndirmişlər”.

Sonda millət vəkili sözlərinə əlavə edib ki, hazırkı vəziyyətlə əlaqədar bütün səhiyyə işçiləri böyük yük daşıyır, xalqın xilsakarı rolundadırlar:

“Bu çətin vəziyyətdə dayanmaq bilmədən, yorulmadan çalışan bütün səhiyyə əməkdaşlarına təşəkkürümü bildirirəm. Bu bəlaya yoluxan, həyatını itirən dəyərli səhiyyə işçilərinə allahdan rəhmət, ailələrinə isə səbr diləyirəm. Cənab Prezidentin bu sahəyə daim diqqət ayırmasını xüsusi vurğulamaq istəyirəm. Bu gün bildiyiniz kimi bir neçə səhiyyə işçisinə fəxri adlar verildi. Onlar içərisində Gəncə həkimləri və tibb bacısı da var. Bu, sevindirici haldır. Mən də öz növbəmdə Adil İbrahimlini və Zabit Quliyevi “Tərəqqi” medalı təltif olunmaları, həmçinin uzun illər peşəkar tibb bacısı vəzifəsində çalışan Cəmilə Məmmədovanı “Əməkdar tibb işçisi” adına layiq görülməsi münasibəti ilə təbrik edirəm”.

Etikxeber.az

Read Previous

“Belə həssas bir dövrdə vəziyyət bu cür davam etməməlidir”-MİLLƏT VƏKİLİ “AZƏRSU” VƏ “MELİORASİYA” RƏHBƏRLİYİNƏ SƏSLƏNDİ, DANIŞIQLAR APARDI VƏ…-YENİLƏNİB

Read Next

“Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir