Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsinin iştirakçılarından, Dastan yazan Qəhrəmanlarından, Şuşa fatehlərindən, əfsanəvi Xüsusi Təyinatlılardan-XTQ kəşfiyyatçısı olan 7 medallı Kamil Şamil oğlu Məmmədovun anası Validə Dadaş qızı Məmmədova və bibisi Nəsibə Kamil qızı Məmmədova ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə naziri Zakir Həsənova birgə müraciət ediblər.
Etikxeber.az xəbər verir ki, müraciətdə 23 yaşlı Kamil Məmmədovun bu ilin yanvarın 28-də dünyasını dəyişməsindən, Xudat Şəhidlər məzarlığında Şəhid kimi torpağa tapşırılmasından, məzarına Şəhidliyinin yazılmasından ötən 8 ay ərzində onun Şəhidlik Haqqının tanınmamasından narazılıq bildirilib, ölkə rəhbərliyindən bu məsələ ilə bağlı haqsızlığın və ədalətsizliyin aradan qaldırılması yönündə addımların atılması xahiş edilib.
Kamil Məmmədovun anası və bibisi Şuşa fatehlərindən biri olmuş əzizlərinin, doğmalarının Şəhidlik Haqqının gec də olsa, tanınacağına ümidlərini itirmədiklərini dilə gətiriblər.
Validə Məmmədova və Nəsibə Məmmədovanın Etikxeber.az vasitəsi ilə ölkə rəhbərliyinə video-müraciətini, video-müsahibəsini olduğu kimi, təqdim edirik:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az