Jalə Əliyeva şəhid Vüqar Abdullayev və Nurlan Adbullazadənin ailəsinə-BAŞ ÇƏKDİ – FOTOLAR

Bu gün Zərdabın Qaravəlli kəndində Səhid Vüqar Abdullayevin atasını və doğmalarını ziyarət etdik. Vüqar qardaşımız 1993-cu ildə vətən uğrunda döyüşlərdə həlak olub.

Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Millət vəkili V. Abdullayev daxil olmaqla, bütün şəhidlərin Azərbaycan xalqının baş tacı, onların uyuduqları məzarların, şəhidlər xiyabanlarının and yeri olduğunu bildirib.

Qeyd edib ki, şəhidlər daim qəlblərdə yaşayıblar, yaşayırlar, bundan sonra da yaşayacaqlar.

Millət vəkili eyni zamanda, Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid Nurlan Abdullazadənin məzarını ziyarət edib.

“Zərdabın Böyük Dəkkə kəndindən 2016-cı il aprel döyüşlərində iştirak edib həlak olan şəhid balamızın ailəsini ziyarət etdik, anasına, atasına bir daha başsağlığı verdik. Şəhidlərimiz ölmür, onlar ölümsüzlüyə qovuşurlar. Şəhidlərimiz hər zaman bizim üçün müqəddəsdir, and yerimizdir, onların xatirəsi hər zaman əbədidir. Ölkəmiz,müstəqilliyimiz onların axan qanlarına borcludur. Bu oturduğumuz, şəkil çəkdirdiyimiz evi Heydər Əliyev Fondu şəhid ailəsinə tikib və hədiyyə edib. Onlar da Heydər Əliyev Fondunun qayğısına və diqqətinə görə böyük razılıqlarını bildirdilər…”-deyə, J. Əliyeva əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in komitə sədrinin müavini bu dəfə QHT təmsilçilərini dinlədi – GƏNCƏDƏ – FOTOLAR

Read Next

Prezident və Baş nazir-NƏDƏN DANIŞDI? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir