Qərbi Azərbaycan İrəvan Respublikasının dövlət bayrağı-QƏBUL EDİLDİ VƏ…

Qafar Çaxmaqlının rəhbərliyi ilə QAİR-in Sədr Aparatının geniş tərkibdə iclası keçirilib və iclasda Qərbi Azərbaycan İrəvan Respublikasının dövlət bayrağı qəbul edilərək, 4 iyul dövlət bayraq günü elan olunub.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Qərbi Azərbaycan İrəvan Respublikasının Təşkilat Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

“Bununla yanaşı, respublika qurucularının iştirakı ilə dövlət gerbinin hazırlannması prosesi davam etdirilir, həmçinin dövlət himninin ərsəyə gəlməsi üçün müsabiqə şərtləri tərtib olunur. Eyni zamanda respublika əhalisinin siyahıya alınması üçün elektron resursların yaradılması işləri tamamlanmaq üzrədir və yaxın günlərdə Qərbi Azərbaycan kökənli əhalinin qeydiyyata alınmasına başlanılacaq”-deyə, məlumatda sonra qeyd olunub.

Etikxeber.az

Read Previous

“Çingiz Aytmatovla çəkdirdiyim şəkilləri onların qarşısına qoyub, “baxın” dedim, özüm isə nə üçünsə bir neçə dəqiqəliyə bayıra çıxdım…Çıxan kimi dostlarımdan biri deyibmiş ki, bu şəkillər “montaja” oxşayır…”-EKS-DEPUTAT

Read Next

“Məsafənin saxlanması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir