Qoşulmama Hərəkatına üzv ölkələr də Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i-TANIMADI…

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər”lə bağlı açıqlama yayıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Etikxeber.az-a bildiriblər ki, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib.

Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatının üzv ölkələri martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”i tanımadıqlarını və qanunsuz hesab etdiklərini bildiriblər.

Sonda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Bakı Zirvə Görüşünün Yekun sənədinin 662-ci paraqrafına istinad edərək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə, Ermənistan və Azərbaycan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə dəstəyini bir daha ifadə edib.

Etikxeber.az

Read Previous

“Qarabağ qazisi Vəkil Musayevin ölüm xəbəri məni dərindən sarsıtdı…”-DEPUTAT – FOTO

Read Next

“Respublikaçılar”-ın seçkiöncəsi qurultayı təxirə salınmayacaq”-TRAMP BƏYAN ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir