Şəxsi maraqlardan çıxış edib, məsələlərə yanaşmaq olmaz – NAZİR MÜAVİNİ

Nazir müavini millət vəkillərini şəxsi maraqlardan uzaq təkliflər səsləndirməyə çağırdı
“Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi hazırlandıqdan sonra baxılması üçün Nazirlər Kabinetinə göndərildi. Orada da müzakirələr zamanı sənədin iqtisadi, maliyyə əsaslandırılması məsələsi ortaya çıxdı.

Etikxeber.az xəbər verir ki,  bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında -“Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələrində çıxışı zamanı deyib.

natiqqqqqqqqqqqq

Onun sözlərinə görə, sənədin iqtisadi-maliyyə əsaslandırılması məsələsi isə Maliyyə Nazirliyi ilə birgə müzakirə olunduqdan sonra o Prezident Administrasiyasının (PA) müvafiq şöbəsinə göndərildi:
“Artıq qanun layihəsi Prezidentin imzası ilə parlamentə daxil olub və onunla bağlı bir sıra fikirlər, iradlar səsləndirilib. Hesab edirəm ki, bu məsələdə şəxsi maraqlardan çıxış edib, məsələlərə yanaşmaq olmaz. Yəni, qanun layihəsinin daha təkmil, daha effektli və işlək olması üçün şəxsi maraqlardan uzaq təkliflər səsləndirilsin. Bu zaman həmin təkliflər qanun layihəsinin bir daha təkmilləşdirilməsində nəzərə alınacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bəzi məqamlar Nazirlər Kabinetinin funksiyasına aid olan məsələlərdir” – RƏCƏBLİ

Read Next

Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb – İTTİHAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir