“Ordumuz hərəkətə keçməlidir….”-FƏZAİL AĞAMALI

“İndiki situasiyada Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi realdır”, fikri ilə haradasa razılaşmaq olar. Ancaq müharibənin başlanması və gedişi, onun nəticələri hökmən göz önünə gətirilməlidir. Bu göz önünə gətirilmədən, onun bütün detalları ölçülüb-biçilmədən addımın atılması xoşagəlməz vəziyyət yarada bilər. Ona görə artıq hadisələrin gedişi mənim düşündüyüm qədər müharibə amilini kifayət qədər aktuallaşdırır.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

“Nəzərə alsaq ki, Ermənistan və onun baş naziri Paşinyan danışıqların getməsinə, danışıqların aparılmasına xidmət edən bütün şərtləri pozmaqdadır. Onun aparmış olduğu siyasət danışıqları prosesini sual altına qoyur”-deyən millət vəkilinin sözlərinə görə, Paşinyanın siyasəti sülh yolu ilə problemin həllini artıq dalana dirəyib və görünən budur ki, Ermənistan heç bir halda, heç bir şərtlə işğal olunmuş torpaqlarımızdan çıxmaq istəyində deyil.

“Məsələnin bu şəkildə ciddi xarakter daşıdığı durumda, təbii ki, yeganə yol işğala son qoymaqdır, torpaqlarımızı azad etməyin yeganə yolu mürahibədən keçir. Ancaq mənim düşüncəmə görə, müharibə amili getdikcə aktuallaşır, getdikcə öz aktuallığını önə çəkir və nəzərə alsaq ki, Ermənistanda bu dəqiqə vəziyyət çox kritikdir, Paşinyan öz rəqiblərini sıradan çıxarmaq taktikasını davam elətdirir. Onların da Paşinyana qarşı müqaviməti genişlənir və orada bu baxımdan ayrı-ayrı qüvvələri konsolidasiyası gedir, Paşinyana qarşı bütün müxalifətin vahid cəbhədə birləşməsi, ona qarşı vahid mövqedən çıxış etməsi, əlbəttə, Ermənistanda hökumət böhranını dərinləşdirə və beləliklə yenə orda hakimiyyət dəyişikliyi baş verə bilər. Bu hakimiyyət dəyişikliyinin baş verməsi yenə də prosesi uzada bilər.

Ona görə də düşünürəm ki, mövcud bütün beynəlxalq şərtlər, digər amillər nəzərə alınmaqla, yaranmış olan situaisiyadan istifadə edib, dərhal torpaqlarımızın işğaldan azad edilməsi üçün qəhrəman silahlı qüvvələrimiz hərəkətə keçməlidir. Yeri gəlmişkən, bu gün Azərbaycan Silahlı Qüvvələrinin 102-ci ildönümüdür. Mən sizin yaratmış olduğunuz imkandan istifadə edərək, Silahlı Qüvvələrimizi, Milli Ordumuzu bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Milli Ordumuz bizim qürur mənbəyimizdir. Biz əminik ki, Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Bu yolda Müdafiə naziri Zakir Həsənovdan başlamış ta ki, onun bütün əsgər və zabitlərinə qədər hamısı bayram münasibəti ilə təbrik edirəm, onlara uğurlar diləyirəm”-deyə, o, əlavə edib.

08:18, 26 iyun

Etikxeber.az

Read Previous

“Çıxış yolunu cərimələrin artırılmasında görürəm…”-ELDAR İBRAHİMOV

Read Next

“Bütün məsuliyyətli vətəndaşlar bu dəyişikliyi anlayışla qarşılayacaqlar…”-RAMİN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir