“Toyların olmasına, insanların sevincinə sevinmək lazımdır…”-NİYAMƏDDİN MUSAYEV

Sosial şəbəkələrin heç birində yoxam. Xoşlamıram belə şeyləri…

Etikxeber.az-ın xəbərinə görə, bunu tanınmış sənətkar, Xalq artisti Niyaməddin Musayev telekanallardan birində çıxışı zamanı deyib.

Deyəsən, adıma nəsə açıblar, sağ olsunlar, amma sevmirəm belə şeyləri, maraqlanmıram da…”-deyə, o, əlavə edib.

Tanınmış sənətkar eyni zamadnda, son zamanlar bəziləri tərədindən toy məclislərinin əleyhinə təbliğat aparılmasına etirazını bildirib.

“Əvvəla, hər bir valideynin arzusu var…Övladını əziyyətlə böyüdür və istəyir ki, toyunu görsün…İkinci, hər anın öz hökmü var… Vaxt uzandıqca, ay-ay üstünə, il-il üstünə gəlir…Üçüncü, bu, müvəqqəti haldır. Görürsünüz ki, dünyamızda nələr yaşanır və buna görə də dövlətimiz məcburən bəzi məhdudiyyətlər tətbiq edib. Ancaq inanıram ki, yaxın zamanlarda hər şey yoluna düşəcək, məhdudiyyətlər götürüləcək və toylarımız davam edəcək. Toyların olmasına, insanların sevincinə sevinmək lazımdır, onun əleyhinə olmaq yox…”-deyə, Xalq artisti daha sonra bildirib.

12:00

Etikxeber.az

Read Previous

“Bir günlük deyil, heç olmasa bir saatlıq da olsa, onları anaları kimi qucaqlamaq, öpmək, əzizləmək istədim…”-JALƏ ƏLİYEVA YAZIR – FOTOLAR

Read Next

“Hər zaman yeniliklərə açıq ölkə kimi Azərbaycanın bu məsələdə də istəyi, iradəsi ortadadır”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir