Vəzifəli şəxs cərimələndi – NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı Elektriktökmə Açıq Səhmdar Cəmiyyətinin paytaxtın Nərimanov rayonunun N.Nəsrullayev küçəsi 5 ünvanında fəaliyyət göstərən müəssisəsindən atmosferə tullantıların atılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıb və monitorinq aparıblar.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyənləşib.

Faktla bağlı müəssisənin sahibi Natiq Məmmədov barəsində akt, protokol tərtib edilib.

O, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimələnib.

Ona atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğunun quraşdırılması, Bakı Elektriktökmə ASC-yə isə ətraf mühitə mənfi təsiri olan müəssisələrlə icarə müqaviləsi bağlamaması üçün müddətli məcburi göstəriş verilib.

Etikxeber.az

Read Previous

Keyfiyyətsiz ərzaqla bağlı Bakı meriyasından – ETİRAF…

Read Next

“Erkən uşaq təhsili…” – NAZİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir