Ərdoğan Türkiyə-Uels matçını İlham Əliyevlə birgə izləyəcək-ŞUŞAYA SƏFƏR EDƏCƏK…

AVRO-2020-nin Türkiyə-Uels matçını Azərbaycanda izləyəcəyəm.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə-Uels matçını Azərbaycan Prezidenti İlham Əliyevlə birgə izləyəcək.

“Proqramımızı belə tərtib etdik” – deyə, Türkiyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, futbol üzrə Türkiyə və Uels yığmalarının matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Türkiyə Prezidenti həmçinin, Azərbaycana səfəri işğaldan azad olunmuş Şuşaya səfər edəcək.

Azərbaycan Prezidenti ilə görüşəcəyini vurğulayan Türkiyə dövlət başçısı səfər çərçivəsində rəsmi görüşlər və ziyarətlər keçirəcəyini bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması başda Ermənistan olmaqla, regiondakı bütün tərəflərə yeni şans verib.

Etikxeber.az

Read Previous

Bayramovla Riker nəyi-MÜZAKİRƏ ETDİLƏR? – FOTO

Read Next

Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 910 min manat ayırdı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir