Qəhrəman, Qazilər-Mirzəyevlər ailəsi…YARALANMASINDAN 1 il 4 AY KEÇMƏSİNƏ BAXMAYARAQ, HƏLƏ DƏ ƏLİLLİK DƏRƏCƏSİNİ ALA BİLMƏYƏN 3 MEDALLI NAİL MİRZƏYEV… İŞSİZ QAZİLƏR AİLƏSİ İŞLƏ TƏMİN TƏMİN OLUNACAQMI? – FOTOLAR

Daha bir Qazi, Qazilər ailəsi…

Daha bir Qəhrəman, Qəhrəmanlar, Vətən sevdalısı, Vətən sevdalıları ailəsi…

Mirzəyevlər ailəsi…

Qəhrəman Goranboyun Nərimanlı kəndində yaşayan sadə, sakit, zəhmətkeş, həm də Qəhrəman ailə…

4 nəfərdən-ana, ata və iki oğlan övladından ibarət olan bu ailənin düz iki üzvü Qarabağ savaşının iştirakçısı, həm də Qazisidir…

Ata, evin sahibi Səmədər Mirzəyev Birinci Qarabağ Savaşının iştirakçısı və Qazisidir…

1993-cü ildə qanlı döyüşlərdən birində ağır yaralanıb…

O, ikinci qrup müharibə əlilidir…

Qəhrəman, Qazi atanın ikinci övladı Nail Mirzəyev isə bir Əsgər kimi İkinci Qarabağ Savaşının iştirakçısı və Qazisidir…

Düz bir ay ağır, uzun və şərəfli döyüş yolu keçib…

Bir ayının tamamında, Xocavənd, Qırmızı Bazar istiqamətində bir neçə yerindən yaralanıb, ağır kəllə-beyin travması alıb…

Bir neçə gün müalicə-müayinə keçdikdən, həmçinin, İkinci Vətən Müharibəsi Zəfərlə başa çatdıqdan sonra da Nail yenə Vətəninin keşiyində dayanıb, hərbi xidmətini axıracan çəkib və təxris olunub…

Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub…

Ancaq çox təəssüflər və əfsuslar olsun ki, yaralanmasından bir il 4 ay keçməsinə, səhhətində xeyli problemlər olmasına, xüsusilə, aldığı kəllə-beyin travmasının ciddi fəsadlarına baxmayaraq, bugünədək də Nailə əlillik dərəcəsi verilməyib…

Sadəcə, bir müddət öncə şəhadətləndirilib və sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna göndərilib…

Nail də, ailəsi də əlillik dərəcəsini veriləcəyi günü gözləyir…

Hər şey qalıb necə deyərlər, əlillik dərəcəsini verəcək qurumun və oradakıların insafına…

Ancaq belə olmamalıdər və ola bilməz…

Nail çoxdan və lap çoxdan almalı olduğu əlillik dərəcəsini nəhayət, almalı, bir daha ciddi müalicə-müayinə olunmalıdır…

Eyni zamanda, “YAŞAT” tərəfindən maddi yardımla dəstəklənməlidir…

Çünki ötən müddətdə Mirzəyevlər ailəsinə Naillə bağlı bir qəpik belə daxil olmayıb, köməklik göstərilməyib…

Və çox təəssüflər ki, ailədə 3 kişidən heç biri heç bir yerdə işləmir…

Qazilər ailəsi ən azı evin böyük və nişanlı oğlunun normal bir işlə təmin olunmasını istəyirlər…

Odur ki, yerli qurumlar, eləcə də müvafiq nazirliklər Qazilər ailəsinin işlə təmin olunmasına köməklik etməli, onları incik salmamalı, küsdürməməlidirlər…

Heç birinin buna haqqı yoxdur…

Və nəhayət, Nailin Haqqı tanınmalı, ona əlillik dərəcəsi verilməlidir!

***

Dünən, 19 fevralda, axşam, əslində gecə saatlarında bu ailəyə baş çəkdim, Nərimanlıdan olan digər İgidimiz, iki medallı Qazimiz Fuad Həsənovla onları ziyarət etdim…

Ziyarətim, ziyarətimiz təxminən bir saat çəkdi…

Ziyarətdən də, Mirzəyevlər ailəsi ilə yaxından tanışlıqdan da məmnun qaldım…

Və belə bir ailə ilə Fəxr etdim!

Allah qorusun, Qazilər-Mirzəyevlər ailəsini!

Böyük Yaradan özü onlara problemlərinin həllində kömək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboyun Birinci Qarabağ Şəhidi Müstəqim Məmmədovun-QƏHRƏMANLAR, QAZİLƏR AİLƏSİ…VƏ İLLƏRDİR DİQQƏTDƏN, QAYĞIDAN KƏNAR QALAN ŞƏHİD AİLƏSİ, ƏLİLLİK DƏRƏCƏSİ HƏLƏ DƏ VERİLMƏYƏN İLQAR MƏMMƏDOV…MƏMMƏDOVLAR AİLƏSİ ARTIQ HAQQ ETDİKLƏRİ MÜNASİBƏTİ GÖRƏCƏKLƏRMİ? – FOTOLAR

Read Next

Yollarda görünüş məsafəsi-MƏHDUDLAŞACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir