“Ürək ağrısı ilə bildirmək istəyirəm ki…”-ŞƏHİD BACISI İCRA BAŞÇISINA MÜRACİƏT ETDİ

Əslən Şuşalı olan və Mingəçevir şəhərində yaşayan Şəhid bacısı Elnarə Əli qızı Hüsynova Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elnarə Əli qızı Hüseynova İkinci Vətən Müharibəsi Şəhidi, 3 medallı Əzəmi Əli oğlu Hüseynovun bacısıyam. Qardaşım 2020-ci ilin oktyabr ayının 8-də Vətən torpaqları, üzünü görmədiyi Qarabağı uğrunda canından keçib, qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib. Əzəmi ailənin tək oğlan övladı, üç bacının tək qardaşı idi. O, həm Mingəçevirin, həm də Şuşanın İkinci Vətən Müharibəsi Şəhidlərindəndir. Şuşanın İkinci Qarabağ Savaşındakı 9 Şəhidindən biridir. Biz 1992-ci ildən-məlum səbəblərdən Mingəçevir şəhərində yaşasaq da, əslən Qarabağlı, Şuşalıyıq. Qardaşım Mingəçevir şəhər Şəhidlər Xiyabanında uyuyur, məzarı oradadır.

Ürək ağrısı ilə qeyd etmək, bildirmək istəyirəm ki, xeyli müddətdir qardaşımın qəbir, məzar daşı çatlayıb. Tək yaşayan anamın da elə bir maddi imkanı yoxdur ki, qəbir, məzar daşını təzəsi ilə əvəzləsin. Bu isə bizi çox üzür, həm də qardaşımın ruhunu incidir. Ona görə Sizdən bir yaralı, dərdli Şəhid bacısı olaraq, dönə-dönə xahiş və rica edirəm ki, qardaşımın qəbir, məzar daşının təzələnməsi üçün imkanınız daxilində maddi dəstək və köməkliyinizi əsirgəməyəsiniz. Bununla həm Şəhidimizin nakam ruhunu şad etmiş, həm də övlad dərdi ilə yanıb-qovrulan Şəhid anasının qəlbinə su səpmiş olarsınız. Oncədə də Sizə minnətdarlığımı bildirirəm”.

Etikxeber.az

Read Previous

Bərdəli Şəhid anası Mehparə Qəribovanın təşəbbüsü ilə Ağsunun Elabad kəndində-3 ŞƏHİDİN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha bir neçə vəzifəli şəxs-HƏBS OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir