20 yaşında Qəhrəmanlıq dastanı yazan və Şəhidlik məqamına ucalan-MAXE RÖVŞƏN MEHDİ OĞLU MEHDİYEV… – FOTOLAR

Əslən Ağdamlı (Sumalı), Qarabağlı olan Şəhidimiz Rövşən Mehdi oğlu Mehdiyev…

Vətən sevdalısı, Nur üzlü Rövşən 2000-ci ilin fevralın 21-də sadə, zəhmətkeş Mehdiyevlər ailəsində dünyaya gəlib…

Ailəsi Ağdamın işğal altındakı Suma kəndindən və bu səbəbdən də məcburi köçkün olduğu üçün Bərdə rayonuna pənah gətirib, ” Türk Qızıl Ay” çadır (qaçqın) şəhərciyində yaşayıb…

Rövşən də həmin şəhərcikdə böyüyüb, boya-başa çatıb…

2007-2018-ci illərdə Ağdamın Təzəkənd 106 saylı köçkün tam orta məktəbində oxuyub…

Orta məktəbi bitirdikdən sonra, elə həmin il-2018-ci ildə hərbi xidmətə çağırılıb və Vətənin keşiyində dayanıb…

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinin yanına dönüb…

Ancaq ürəyi Vətən, Qarabağ, üzünü görmədiyi Ağdam eşqi ilə döyünən Rövşən yenidən həyatını ordu, hərbi ilə bağlamağa qərar verib…

Kursa yazılıb, kursu da müvəffəqiyyətlə başa vurub və MAXE kimi xidmətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə, ən ağır nöqtələrdə olub…

Döyüşüb, vuruşub, igidliklər göstərib…

Şərəfli döyüş yolu da bir aya yaxın çəkib…

Və 2020-ci ilin oktyabrın 24-də Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 25-də Quzanlıda-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Rövşən ailənin dörd övladından biri, həm də subay olub…

***

Bugünlərdə Rövşənin ailə ilə üzvləri-anası Ətlas xanım və bacısı ilə tanış oldum…

Digər Ağdamlı Şəhidimiz Samir Fərzəliyevin Cənnətdəki ikinci ad günü ilə bağlı məzarının ziyarətində…

Şəhidimizin anası və bacısına başsağlığı verdim, onlara Allahdan səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik olsun. Ruhu qarşısında baş əyirəm!”-dedim…

Bəli, bugünkü dinclik və əmin-amanlığımıza, ərazilərimizin, Vətənimizin bütövlüyünə, Qarabağımıza qovuşduğumuza, tarixi Qələbə və Zəfərimizə görə, Rövşən kimi İgid, Qəhrəman Vətən sevdalılarına, Şəhidlərimizə borcluyuq…

Məhz Rövşən kimi Oğullara, İgidlərə, Qəhrəmanlıq dastanı yazan Vətən sevdalılarımıza görə başıuca, alnıaçıq, dimdik ayaq üstündəyik…

Onlara, Rövşənlərə olan borcumuz heç zaman ödənməyib və ödənməyəcək, hər daim onlara borcluyuq və borclu olacağıq!

Ruhu şad, məqamı Uca, dərgahı mübarək olsun-Şəhidimizin!

Allah ailəsinə, əzizlərinə bir daha səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Ağdam, Quzanlı-Bakı

Etikxeber.az

Read Previous

Heydər Əliyevin Anım günü ilə bağlı İkinci Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə-3 MİN AĞAC ƏKİLDİ

Read Next

Ali təhsilli, peşəkar hərbçi, Kapitan, iki övlad atası, qızının iki yaşının tamamında Şəhid olan-NƏŞİ 86 GÜNDƏN SONRA DƏFN EDİLƏN NİYƏT ŞİRƏLİYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir