22 yaşında Vətən yolunda canını fəda edən Balakənli Şəhid-ƏSGƏR VAQİF OĞLU HÜSEYNOV – ŞƏHİDLİYİNDƏN İKİ İL KEÇDİ… – FOTOLAR

İkinci Vətən Müharibəsi zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Vətən övladlarından biri də Balakən rayonunun Kortala kəndindən olan Əsgər Vaqif oğlu Hüseynovdur.

Bugünlərdə Əsgər Hüseynovun Səhadətə yüksəlməsinin ikinci ildönümü ilə bağlı məzarı ziyarıt olunub, Anım mərasimi keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, Şəhidin ailə üzvləri və doğmaları, o cümlədən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil aldığı məktəbin, Balakən Uşaq İncəsənət Məktəbinin, Balakən Heydər Əliyev Mərkəzinin, Balakən Gənclər Evinin, Balakən Gənclərin inkişafı və karyer Mərkəzinin kollektivləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri tərəfindən öncə Şəhidin məzarı ziyarət edilib.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Daha sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük İkinci Vətən Müharibəsindədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirərək, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirib.

O, Qələbənin Şəhidlərimizin qanı bahasına qazanıldığını, bu amal uğrunda Şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını vurğulayıb.

Sonra döyüş yoldaşı, Qazi Asif Məmmədov çıxış edib.

O, çıxışında Əsgər Hüseynovun necə şərəfli döyüş yolu keçməsindən danışıb.

“Döyüş gedirdi. Mən qolumdan və ayağımdan yaralandım. Əsgər məni belinə alıb, döyüş meydanından çıxardı. Ayağımı və qolumu sarıdı, yanıma isə qumbara qoyaraq, aşağıdakıları söylədi: “Mən gedirəm, 6-7 erməni qalıb, onları öldürməyə. Gəlib səni aparacağam. Sənin övladların var, qoymaram ki, sən Şəhid olasan. Əgər gələ bilməsəm, erməninin gəldiyini görsən, qumbaranı partlat, düşmənə əsir düşmə”.

O, bildirib ki, Əsgər Hüseynov təkcə onu yox, onlarla digər yaralı döyüş yoldaşını da xilas edib.

Qeyd edək ki, Asif Məmmədovun oğulu dünyaya gəlib və adını Əsgər qoyub.

Daha sonra məktəblilər Şəhidə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Onu da qeyd edək ki, ailənin tək oğlu olan Əsgər Hüseynov 1998-ci ilin dekabr ayının 24-də Balakən rayonunun Kortala kəndində sadə bir ailədə dünyaya gəlib.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə olub.

Və 2020-ci ilin oktyabr ayının 25-də Xocavənd istiqamətrində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Kortala kənd qəbiristanlığında Əbədiyyətə uğurlabıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

O, həm də subay olub.

Ruhu şad, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Etikxeber.az

Read Previous

Leysan və qar yağacaq, güclü külək əsəcək-XƏBƏRDARLIQ

Read Next

Daha 49 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir