Şəhidliyindən cəmi 9 ay öncə ailə həyatı quran və 34 yaşı tamam olan Elvin İsmayılovun-BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Beyləqan rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Elvin Tələt oğlu İsmayılovun bu gün Cənnətdəki üçüncü doğum günüdür.

Bu gün Onun 34 yaşı yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, Elvin İsmayılov 1989-cu ilin mart ayının 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.

Uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib, “Canavar” ləqəbi ilə tanınıb.

Azərbaycan Ordusunun hərbçisi, Çavuş idi.

Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb, FüzuliCəbrayıl rayonu istiqamətlərində döyüşüb.

Və elə döyüşlərin ilk günündə də Cəbrayıl rayonunun Nüzgar kəndində qəhrəmancasına Şəhidlik zirvəsinə qovuşub.

Nəşi Beyləqan rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra bir neçə medal (8 medal) və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Beyləqan rayonunda adını daşıyan küçə var.

Eyni zamanda, Beyləqan rayonunda və Bakı şəhərində yerləşən bir neçə məktəbdə Elvin İsmayılovun adını daşıyan sinif var.

O, həm də 2019-cu ildən Şəhla Mirzəyeva adlı xanımla evli olub.

Məqamı Uca, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Ailənin tək və yeganə övladı, ali təhsilli və peşəkar hərbçi-HƏSƏNAĞA ABDULLAZADƏNİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 30 YAŞI TAMAM OLUR…

Read Next

“Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir