35 gündən sonra nəşi tapılan Mingəçevirli Şəhid qardaşlardan Musa Həsənovun torpağa tapşırılmasından-BİR İL KEÇDİ…-FOTOLAR – YENİLƏNİB

Bu gün Mingəçevirli Şəhid qardaşlardan Musa Tapdıq oğlu Həsənovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından bir il keçir.

35 gündən sonra nəşi tapılan Musa Həsənov ötən il-bu gün, 5 noyabr tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, Anım Günündə Musa Həsənov və qardaşı Tural Həsənovun Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, Şəhid qardaşların ruhlarına dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdə Şəhid qardaşların anası Nəhayət xanım, digər ailə üzvləri, Mingəçevirdən, Sumqayıtdan, Şəkidən, Ağdamdan və başqa bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri iştirak ediblər.

Bir saatdan çox çəkən ziyarətdən sonra Şəhid qardaşların valideynlərinin (həm də Musanın ailəsinin) yaşadığı evdə, “Günəşli” yaşayış məhəlləsində Anım mərasimi keçirilib, ehsan süfrəsi açılıb.

4 saatdan çox davam edən mərasimdə bir daha Musa Həsənov və qardaşı Tural Həsənovun ruhlarına dualar edilib.

***

Qeyd edək ki, Musa Həsənovun Şəhid qardaşı Tural Həsənovun Anım Günü isə bu ilin 9 dekabr tarixində olacaq.

Onu da qeyd edək ki, Musa Həsənovun iki qız övladı olub.

Onlardan biri-İnci bu ilin may ayında, bir yaşında xəstəlikdən dünyasını dəyişib.

Nur içində yatsın, Nur içində yatsınlar!

Məqamı cənnətlik olsun, məqamları cənnətlik olsun!

Ruhu, ruhları qarşısında baş əyirik!

Allah Şəhid qardaşların valideynlərinə-Nəhayət xanıma və Tapdıq kişiyə, həmçinin, Musa və Tural Həsənovların ailə üzvlərinə, əzizlərinə səbr, dözüm, güc, qüvvət versin!

17:03

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2440 yeni yoluxma-DAHA 26 ÖLÜM…

Read Next

lham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavinini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir