“Gerb də, bayraq da “Quran”la yanbayan dayanmalıdır” – TAHİR RZAYEV

Tahir Rzayev: Sevgi kimi gerb də pak, təmiz, müqəddəs olmalıdır.

Gerbə, o cümlədən, bayrağa sevgi varsa, o, təmiz yerdə olmalı, təmiz yerdə istifadə edilməlidir. Sevgi pak, təmiz, müqəddəs olmalıdır, ona natəmizlik yaraşmaz.  Bu baxımdan, əgər gerbə, bayrağa sevgi varsa, o, qəlblərdə, ürəklərdə olmalı, sinələrin üstündə gəzdirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu  şair, millət vəkili Tahir Rzayev deyib.

GERBB

O, qeyd edib ki, gerb də, bayraq da “Quran”la bir yerdə, evin ən gözəl və ən təmiz yerində yanbayan dayanmalıdır:

“Mən onun da tərəfdarıyam ki, gerbi döş nişani kimi düzəltdirib insanlar ürəklərinin başında, sinələri üstündə gəzdirsinlər. Yoxsa, gerbi, bayrağı maşınlara vurmaq, natəmiz yerlərdə asmaq, yapışdırmaq, emalatxanlarda qoymaq və sair düzgün deyil. Sevgi kimi, gerb də, bayraq da paklıq, təmizlik, müqəddəslik tələb edir. Onları göz bəbəyi kimi qorumalıyıq, harada gəldi, istifadə eməməlyik. Hesab edirəm ki, bu məsələ daha aydın və daha dəqiq şəkildə gerblə bağlı qanunvericilikdə əksini tapmalıdır.

tahir

Buna əməl etməyənlər isə qanunvericiliklə, hüquqi müstəvidə cəzalandırlılsın, cərimələnsin.  Bir daha belə hesab edirəm ki, bu məsələyə, parlamentin üçüncü oxunuşunun  müzakirələrindən keçən və artıq hüquqi qüvvəsinə minməsi üçün imzalanmasını gözləyən qanun layihəsində tam dəqiqliklə aydınlıq gətirilməlidir, burada qaranlıq məqamlar qalmamalıdır. Bir sözlə, bu qanun imzalanacağı və icra yönəldiləcəyi təqdirdə, oradakı bütün məqamların, müddəaların işləkliyinin təmin edilməsi  üçün qaranlıq məqamlara yer olmamalıdır”.

Qeyd edək ki, parlamentin son iclasında üçüncü oxunuşda qəbul edilən “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib. Belə ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Həmçinin, müvafiq tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Etikxeber.az

 

Read Previous

Avropada ən uzun kanat yolu inşa ediləcək

Read Next

“Bu, dilimizə açıq hörmətsizlikdir…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir