TBMM-in 100 illiyidir…-MƏLAHƏT İBRAHİMQIZI YAZDI

Bu gün qardaş Türkiyədə böyük Atatürkün rəhbərliyi və türk xalqının qəhrəmanlığı ilə qurulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) 100 illiyi və Ulusal Güvenlik və Cocuk Bayrami günüdür.

100 il öncə Osmanlı dövlətini çökdürən dünya imperialist güclərin yeddi istiqamətdən Türkiyəyə hücum etməsinə baxmayaraq, türk xalqı misli görünməmiş şücaət göstərərək, Türkiyə Böyük Millət Məclisini qurmuşlar.

Bu gün Türkiyə tarixində Şərəf tarixi kimi qeyd edirlər.

Dünya kürəsəl düşmən koronavirusla mücadilə etsə də, türk xalqı bu əziz və əzəmətli tarixi bayramı yenə də tam başqa formatda böyük təntənə və coşqu ilə keçirir.

Bu gün axşam saat 22:00-da 82 milyonluq Türk xalqı başda Cumhurbaşkanı Rəcəb Təyyub Ərdoğan olmaqla, bütün evlərin balkonlarını bayraqlarla bəzədəcək və eyni zamanda, balkonlarda Dövlət Himnini-İstiqlal Marşını oxuyacaqlar.

Allaha şükürlər olsun ki, Azərbaycan 100 il bundan öncə də bir yerdə idi, bu gün də bir yerdə.

“Bir Millət- İki Dövlət” kimi TBMM-nin bayramı bizim də bayramdır.

Bayramımız mübarək olsun. Bayraqlarımız

əbədi dalğalansın.

Dövlətimiz əbədiyyən yaşasın.

.Allah hər iki dövlətimizin Azərbaycan və Türkiyənin müstəqilliyi və torpaqları uğrunda canından keçən bütün şəhidlərimizə, Ulu öndər Atatürkə və Ulu öndər Heydər Əliyevə rəhmət etsin.

Amin.

Biz Onlara borcluyuq!

Məlahət İBRAHİMQIZI,

Millət vəkili

Etikxeber.az

Read Previous

MM-in sabahkı iclası-OMBUDSMANIN HESABATI DİNLƏNİLƏCƏK, İŞÇİ QRUPLARININ RƏHBƏRLƏRİ SEÇİLƏCƏK, DEPUTATLAR YENƏ BİR-BİRİNDƏN İKİ METR ARALIDA ƏYLƏŞƏCƏK…

Read Next

“TBMM-in 100 illiyi həm də bizim bayramımızdır”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir