“TBMM-in 100 illiyi həm də bizim bayramımızdır”-MİLLƏT VƏKİLİ

Bu gün qardaş və dost Türkiyənin, əziz Türk xalqının böyük bayramıdır. Bu gün əsası böyük öndər Qazi Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş və Türk xalqının, Türkiyənin tarixində, istiqlal savaşında və zəfərində müstəsna rol oynamış Türkiyə Böyük Millət Məclisinin (MM) yaradılış günü, bu şanlı tarixin 100 illiyidir. Bu, həm də bizim bayramımızdır. Çünki böyük öndərlərimizin, qurucularımızın dedikləri kimi, biz “Bir Millət-İki Dövlətik”. Türkiyənin sevinci bizim sevincimiz, bizim sevincimiz Türkiyənin sevincidir. Bu əlamətdar və tarixi gün münasibəti ilə bağlı qardaş və dost Türkiyə xalqını, dünyanın supergüclərindən, nəhənglərindən olan Türkiyə dövlətini, onun rəhbərliyini, hörmətli TBMM üzvlərini təbrik edir, onlara daim uğurlar, qələbələr. zəfərlər arzulayıram. Qoy həmişə zəfərlər, qələbələr onlarla olsun, bayraqları-müqəddəs qırmızı və ay-ulduzlu bayraqları daim ucalardan-ucalarda dalğalansın!

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili onu da əlavə edib ki, bu gün dünyada Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna, birgəliyinə ikinci bir nümunəyə rast gəlmək olmaz.

“Dünyada yeganə bu iki dövlətdir ki, bir-biri ilə bu qədər yaxın, doğmadır, iç-içədir. Çünki, bu, ruh, qan, can, kök birliydir və bu birlik, bu birgəlik daim əbədidir. Heç bir yel, heç bir külək, heç bir tufan-qasırğa, heç bir güc və qüvvə bu birliyi, bu birgəliyi sarsıda, laxlada bilməz. Daim belə olub, bu gün də belədir, sabah da belə olacaq. Hər iki ölkənin Lideri-cənab İlham Əliyevə cənab Rəcəb Tayyib Ərdoğan bu birliyin, bu birgəliyin, bu vəhdətin daha da sıxlaşdırılması, möhkəmləndirilməsi və gücləndirilməsi üçün son 17-18 ildə bütün addımları atıb, öz töhfələrini verib və bu gün də töhfələrini verməkdədirlər. Allah Azərbaycanımızı, Türkiyəmizi, uca Türk millətimizi, Liderlərimizi qorusun. Amin!”-deyə, millət vəkili sonda bildirib.

Etikxeber.az

Read Previous

TBMM-in 100 illiyidir…-MƏLAHƏT İBRAHİMQIZI YAZDI

Read Next

İlqar Məmmədova 234, Rəsul Cəfərova 57 min manat-TƏZMİNAT ÖDƏNİLƏCƏK – ALİ MƏHKƏMƏ QƏRAR VERDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir