7 azərbaycanlı dünya reytinqində ilk 100 şahmatçının arasında yer aldı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) sentyabrın 1-nə olan reytinq cədvəli dərc edilib. Klassik şahmat üzrə reytinqin ilk iyirmiliyinə altı azərbaycanlı daxildir.

Etikxeber.az xəbər verir ki, norveçli Maqnus Karlsen (2839) yenidən reytinq cədvəlinə başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2827) ikinci, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2820) isə üçüncü yeri tutur.

fide

Şahmatçılarımız Teymur Rəcəbov (2751) on yeddinci, Arkadi Naydiç (2721) iyirmi səkkizinci, Rauf Məmmədov (2699) qırx altıncı, Eltac Səfərli (2676) altmış beşinci, Qadir Hüseynov (2667) yetmiş dördüncü yerdədir.

Qadın şahmatçıların reytinq cədvəlində Azərbaycanın bir təmsilçisi yer alıb. Günay Məmmədzadə 2438 reytinqlə otuz üçüncü yeri tutur.

Zərif cinsin nümayəndələri arasında ilk üçlüyə çinli Tszyun Ventszyun (2561), Hou İfan (2658) və rusiyalı Aleksandra Kostenyuk (2559) daxildir.

Etikxeber.az

Read Previous

Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq – FOTO

Read Next

Kobud səhv və “Liverpul”un ardıcıl dördüncü qələbəsi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir