“Kor­rup­si­ya şə­bə­kə­lə­ri­nin, kor­rup­si­­ya sxem­lə­ri­nin aş­kar edi­lə­rək təq­sir­li şəxs­lə­rin mə­su­liy­yə­tə cəlb olunması tə­min edi­lə­cək…”-BAŞ PROKUROR

Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə döv­lət si­ya­sə­ti­nin tər­kib his­sə­si­­ dir. Bu bə­la­ya qar­şı mü­ba­ri­zə daim apa­rı­lır. Ey­ni za­man­da, qeyd et­mə­­li­yəm ki, kor­rup­si­ya­ya qar­şı mü­ba­­ri­zə pro­ku­ror­lu­ğun əsas fəaliy­yət is­ti­qa­mət­lə­rin­dən bi­ri­dir və bu­nun­la əla­qə­dar ix­ti­sas­laş­dı­rıl­mış ci­na­yət tə­qi­bi or­qanı olan Baş Pro­ku­ror ya­­nın­da Kor­rup­si­ya­ya qar­şı Mü­ba­ri­zə Baş İda­rə­si tə­rə­fin­dən bu sa­hə­də bir çox iş gö­rül­sə də, hə­lə də qar­şı­mız­da du­ran bir sı­ra və­zi­fə­lər möv­cud­dur. 

Etikxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Milli Məclis” jurnalına müsahibəsində deyib.

Qeyd edib ki, öl­kə baş­çı­sı İl­ham Əli­ye­­vin rəh­bər­li­yi ilə apa­rı­lan sis­tem­li is­la­hat­lar nə­ti­cə­sin­də öl­kə­miz­də kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sa­hə­sin­­də bir sı­ra uğur­lar əl­də edil­ib ki, bu da bir çox bey­nəl­xalq qu­rum­la­rın, o cüm­lə­dən BMT-nin Nar­ko­tik­lər və Ci­na­yət­kar­lıq­la Mü­ba­ri­zə İda­rə­si (UNODC), Av­ro­pa Şu­ra­sı­nın Kor­rup­­ si­ya­ya qar­şı mü­ba­ri­zə apa­ran Döv­lət­­ lər Qru­pu­nun (GRE­CO) he­sa­bat­la­rın­­ da öz ək­si­ni tap­ıb. 

“Onu da xü­su­si vur­ğu­la­maq la­zım­dır ki, ək­sər döv­lət qu­rum­la­rı­­nın iş­ti­ra­kı ilə “Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə­nin güc­lən­di­ril­mə­si üz­rə 2021-2025-ci il­lər üçün Mil­li Fəaliy­­yət Pla­nı” ha­zır­la­nır. Hə­min plan­da kor­rup­si­ya­ya qar­şı apa­rı­lan sis­tem­li, ins­ti­tu­sional mü­ba­ri­zə­nin tək­mil­ləş­­di­ril­mə­si­ni tə­min edə­cək təd­bir­lər nə­zər­də tu­tul­maq­da­dır. 

Öl­kə hə­ya­tı­nın müx­tə­lif sa­hə­lə­rin­­ də aş­kar edi­lən kor­rup­si­ya fakt­la­rı ilə əla­qə­dar ci­na­yət iş­lə­ri istin­taq olu­nur, həbs­lər apa­rı­lır. Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sa­hə­sin­də cə­nab Pre­zi­dent İl­ham Əliye­vin si­ya­si kur­su­na uy­ğun ola­raq məq­səd­yön­lü iş­lər gö­rü­lür və bun­dan son­ra da pro­ku­ror­luq or­qan­la­rı tə­rə­fin­dən bu sa­hə­də cid­di təd­bir­lə­rin gö­rül­mə­si, o cüm­lə­dən kor­rup­si­ya şə­bə­kə­lə­ri­nin, kor­rup­si­­ya sxem­lə­ri­nin aş­kar edi­lə­rək təq­sir­li şəxs­lə­rin mə­su­liy­yə­tə cəlb olunması tə­min edi­lə­cək­dir. 

Baş Pro­ku­ror ya­nın­da Kor­rup­­si­ya­ya qar­şı Mü­ba­ri­zə Baş İda­rə­si kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sahə­­sin­də ix­ti­sas­laş­dı­rıl­mış ci­na­yət tə­qi­bi or­qa­nı ki­mi ya­ra­dıl­sa da, bu sa­hə­də mü­ba­ri­zə tək Baş İda­rə tə­rə­fin­dən de­yil, bü­tün pro­ku­ror­luq or­qan­la­rı, o cüm­lə­dən di­gər hü­quq mü­ha­fi­zə və döv­lət qu­rum­la­rı ilə əla­qə­li şə­kil­də apa­rı­lır.

Bu­nun­la ya­na­şı, kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə sa­hə­sin­də və­tən­daş cə­miy­yə­ti­nin ro­lu­nu xü­su­si vur­ğu­­la­maq la­zım­dır. Bu sa­hə­də fəaliy­yət gös­tə­rən qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı ilə qu­rul­muş sıx əla­qə­lər, on­lar­la bir­lik­də ke­çi­ri­lən maarif­ən­di­ri­ci təd­bir­lər mü­ba­ri­zə­nin ef­ek­tiv­li­yi­nə müs­bət tə­si­r gös­tə­rir.

Eyni za­man­da, Baş Pro­ku­ror­lu­­ğun fa­si­lə­siz fəaliy­yət gös­tə­rən Çağ­rı mər­kə­zi və Qay­nar xət­i ilə və­tən­daş­­lar­dan da­xil olan qa­nun po­zun­tu­la­rı ba­rə­də mü­ra­ciət­lər aidiy­yə­ti üz­rə araş­dı­rı­lır. Kor­rup­si­ya­ya qar­şı mü­ba­ri­zə­də mət­buatın da ro­lu bö­yük­dür. Be­lə ki, mət­buat­da müx­tə­lif və­zi­fə­li şəxs­lər tə­rə­fin­dən kor­rup­si­ya hal­la­rı­na yol ve­ril­mə­si ba­rə­də ya­yım­la­nan mə­lu­­mat­lar araş­dı­rı­lır və hə­min mə­lu­mat­­lar öz təs­di­qi­ni tap­dı­ğı hal­da mü­va­fiq təd­bir­lər gö­rü­lür.

Həm­çi­nin, və­tən­daş­lar­la ün­siy­yə­­tin ye­ni for­ma­tı olan Baş Pro­ku­ror­lu­­ğun rəs­mi so­sial me­dia hesab­la­rın­da ke­çi­ri­lən #sualcavab ses­si­ya­la­rı za­ma­nı kor­rup­si­ya hü­quqpoz­ma­la­rı ba­rə­də mə­lumat­lar da da­xil ol­maq­la qə­bul edi­lən çox­say­lı mü­ra­ciət­lə­rə ba­xı­lır və qa­nun­ve­ri­ci­lik­lə nə­zər­də tu­tul­muş hal­lar­da və qay­da­da tam, ob­yek­tiv və hər­tə­rəf­i araş­dır­ma­nın apa­rıl­ma­sı tə­min olu­nur.

Bu­nun­la ya­na­şı, kor­rup­si­ya şə­bə­­kə­lə­ri­nin aş­kar­lan­ma­sı ba­rə­də mə­lu­­mat­la­rın ic­ti­mailəş­di­ril­mə­si, ci­na­yə­­tin cə­za­sız qal­ma­dı­ğı­nın cə­miy­yə­tə çat­dı­rıl­ma­sı müəy­yən mə­na­da şəxs­lə­­ ri ci­na­yət tö­rətmək­dən çə­kin­di­rir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

DİN-dən işğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyənlərə növbəti-XƏBƏRDARLIQ…

Read Next

Daha 193 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir