İki deputat gedir, onların yerinə 3 deputat gəlir
Parlamentin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilir.
Etikxeber.az xəbər verir ki, bu barədə “Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunur.
Sənədə əsasən, deputatlar Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.
Komitə üzvlüyünə 3 deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülür.
Etikxeber.az