Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Atəm Əliyevin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Nəşi 3 ay 23 gündən sonra-25 yanvar 2021-ci il tarixində Əbədiyyətə uğurlanan Şəhid Atəm Əliyevin üçüncü ildönümündə, Anım Günündə Ağdaş rayonunun Abad kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ailənin beş övladından biri, iki övlad atası, ali təhsilli-peşəkar hərbçi, polkovnik-leytenant olan Adəm Əliyevin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, “Quran” oxunub, ruhuna dualar edilib.

Etikxeber.az xəbər verir ki, məzarını ziyarətdən sonra Şəhidin Abad kəndindəki ata ocağında Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha ruhuna dualar olunub, bir daha “Quran” oxunub.

Eyni zamanda, çıxışlar edilib, Vətənə, Şəhidlərə həsr olunmuş musiqilər səsləndirilib.

Çıxışlarda Şəhidin keçdiyi 38 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan danışılıb.

Vətən naminə fədakarlıqlarından, İgidliyi və Qəhrəmanlığından, əsgərlərinə atalıq, valideynlik qayğısı və nəvazişi göstərməsindən söz açılıb.

Şəhidin ailəsinə, anası Ulduzə xanıma Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin anası da öz növbəsində ziyarət və mərasim iştirakçılarına minnətdarlığını bildirib, Atəm Əliyev kimi İgid, Qəhrəman bir oğulun anası olmasından Qürur duyduğunu dilə gətirib.

Çıxışlardan sonra Şəhidin adına ehsan verilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Atəm Əliyevin ailə üzvləri, qohumları, kənd sakinləri, Ağdaş, Bərdə Göyçaylı Şəhid ailələri, Qazilər, hərbçilər, təhsil işçiləri, məktəblilər, yerli ziyalılar, din xadimləri iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Doğum günün-65 yaşının mübarək, Şəhidimin atası-Bəxtiyar Vəliyev! – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Ailənin iki oğlan övladından biri, bir qız övladı Vətənə əmanət qalan-AĞDAMLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ XALİD HASSANIN SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir