Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işi yaxşılaşdırılır?

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini da daha da yaxşılaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, birləşmiş şəhər xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsində keçirilən toplantıda bu istiqamətdə mərhələli şəkildə görüləcək tədbirlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. Bildirilib ki, kimsəsiz şəxslərə görə təcili tibbi yardım xidmətinə çağırış gəldikdə, xəstə müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur.

Diaqnozun dəqiqləşdirliməsi məqsədilə xəstə Bakıda yerləşən kliniki xəstəxanalardan birinə aparılaraq əlavə müayinələrdən keçirilir, ehtiyac olarsa, həmin klinikaya hospitalizasiya edilir. Buna ehtiyac olmadığı halda, xəstə 6, 7, 18, 26 və 19 nömrəli birləşmiş şəhər xəstəxanalarından birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilib.

Etikxeber.az

Read Previous

2021-ci ilədək virtual reallıq qurğu istifadəçilərinin sayı 147 faiz artacaq

Read Next

Çaylarda sululuq azalıb – Nazirlik

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir