“Oğlumla Şəhidliyindən cəmi saatlar öncə danışmşıdım…”-NOYABRIN 9-DA ŞUŞA ŞƏHƏRİNDƏ ŞƏHİDLİK MƏQAMINA UCALAN BAXIŞ İLQAR OĞLU RƏHİMLİNİN ATASI – FOTOLAR – YENİLƏNİB

6 mart 2023-cü il tarixində-axşam saatlarında daha bir Bərdəli İkinci Vətən Müharibəsi Şəhidinin, Vətən sevdalısının ailəsində olduq…

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə xanım Qəribova və ailə üzvləri ilə birlikdə İkinci Qarabağ Savaşı Şəhidi Baxış İlqar oğlu Rəhimlinin ailəsini, ocağını ziyarət etdik…

Və bu yerdə qeyd edim ki, şəxsən mən özüm ilk dəfə idi Şəhidimizin evində, müqəddəs ocağında olurdum…

Ziyarət zamanı Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm dilədik…

Onlara “Şəhidimizin ruhu şad olsun! Müqəddəs ruhu qarşısında baş əyirik!”-dedik…

Şəhidimizin valideynləri-anası Natella xanım, atası İlqar kişi və tək, ali təhsilli, evli qardaşı Əvəz bəylə söhbətləşdik, dərdləşdik…

İki saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin anası Natella xanıma-Natella Göygöz qızı Bəbişovaya Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdik…

Şəhidimizin anası da öz növbəsində Tünzalə xanıma və “Vətən Naminə” təşkilatına minnətdarlığını ifadə etdi…

***

Qeyd edim ki, Şəhidimiz Baxış İlqar oğlu Rəhimli 1996-cı ilin fevral ayının 19-da Bərdə rayonunun Bala Qacar kəndində dünyaya gəlib…

Ailədə iki övlad, iki qardaş olublar…

Baxış həm də ailənin böyük övladı idi…

Orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra qardaş Türkiyənin Kastamonu İqtisad Universitetində oxuyub, ali təhsilə yiyələnib…

Ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Əsgərliyinin başa çatmasına cəmi 4 gün qalmış isə İkinci Vətən Müharibəsi başlayıb…

Və bir Azərbaycan Əsgəri, bir Qarabağlı, bir Vətən sevdalısı kimi müharibəyə, qanlı döyüşlərə qatılıb…

Uzun və şərəfli döyüş yolu düz 43 gün çəkib…

Füzulidən Şuşayacan döyüş yolu keçib…

Axırıncı dəfə qardaşı ilə noyabrın 7-də, atası ilə noyabrın 9-da danışıb…

Və elə həmin gün, noyabrın 9-da, Şuşa şəhəri azad edildikdən bir gün sonra, Qələbəyə cəmi saatlar qalmış Şuşa şəhərində də qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi Bərdənin Bala Qacar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra ölkə Prezidenti tərəfindən 4 medal-“Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

24 yaşında Şəhidlik məqamına ucalan Vətən sevdalısı Baxış həm də subay olub…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Yel çərşənbəsi qeyd olunur-BU GÜN

Read Next

Füzulidən Şuşayacan uzun və şərəfli döyüş yolu keçən, “İsa bulağı”na Azərbaycan bayrağını sancan-ƏSLƏN XOCALILI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QAZİSİ ELVİN CAVADOV…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir