Mingəçevir şəhərinin (həm də Ağdam rayonunun) 16 noyabr Şəhidlərindən olan-ailənin iki övladından biri, tək oğlan, subay, cəmi 8 ayın Əsgəri Elmin Samir oğlu Əlizadənin Cənnətdəki ikinci ad günü, yubiley-20 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilib.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Etikxeber.az-ın xəbərinə görə, Şəhidin məzarını ziyarət zamanı qısa çıxışlar edilib, Elmin Əlzadə və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından danışılıb.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.
Sonra Şəhidin “QRES” qəsəbəsində-ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, bir daha ruhuna dualar edilib.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü-20 yaşı mübarək olsun!
Nur içində yatsın!
14:55
***
FOTOLAR:












16:30
***











Kamil HƏMZƏOĞLU
Etikxeber.az