Ailəsi hələ də kirayədə və şəraitsiz “ev”də yaşayan Adəm Əliyevin ŞƏHİDLİYİNİN 8-Cİ AYI TAMAM OLDU – ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİN İŞTİRAKI İLƏ ŞƏHİDİMİZİN ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR

Bu gün, mayın 28-i Kürdəmirdən olan İkinci Vətən Müharibəsi iştirakçısı Adəm Əliyevin Şəhidliyinin 8-ci ayının tamam olduğu gündür.

Etikxeber.az xəbər verir ki, anası Akifə Ağayevanın himayəsində böyüyən və ailədə iki qardaş olan MAXE Adəm Əliyev İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyanrın 28-də Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Şəhidimizin nəşi səhərisi gün, sentyabrın 29-da Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən üç medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

Qeyd edək ki, Şəhidimizin ailəsi – anası və tək qardaşı (Arif Əliyev) 20 ilə yaxındır Kürdəmirdə darısqal, şəraitsiz kirayə evdə yaşayır və təəssüflər olsun ki, ev problemi hələ də həll olunmamış qalır, ümumiyyətlə, Şəhid ailəsinin problemlərinə laqeydlik, biganəlik göstərilir.

Və hər ayın (son 7 ayda) 28-də Şəhidimizin kirayə yaşadığı evdə anım mərasimi keçirilir və bu gün, mayın 28-də də Şəhidimizin ailə üzvlərinin, Şəhid ailələrinin, Qazilərin iştirakı ilə növbəti anım mərasimi keçirilib.

Mərasimdən öncə Şəhidimizin məzarı ailə üzvləri və Şəhid ailələri tərəfindən ziyarət olunub.

Kürdəmir Şəhidlər Xiyabanında uyuyan Adəm Əliyev də daxil olmaqla, digər Şəhidlərimizin ruhlarına dualar oxunub.

Anım mərasimi zamanı isə Şəhidlərin qısa və lakin mənalı həyat, keçdikləri döyüş yollarından söhbət açılıb, bəhs edilib.

Bir daha onların Qəhrəmanlıqları, İgidlikləri vurğulanıb, 44 günlük Qələbə və Zəfərimizdə hər bir Şəhidimizin xüsusi rolu və xidməti olduğu dilə gətirilib.

Adəm Əliyevlə birgə bütün Şəhidlərimizə Allah rəhmət etsin, məkanları cənnətlik, məzarları behiştlik olsun, nur içində yatsınlar!

Müqəddəs ruhları qarşısında baş əyirik!

Baş tacımız, and yerimizdirlər!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

28.05.2021, Kürdəmir

Etikxeber.az

Read Previous

Azərbaycanda 28 May Respublika Günü-QEYD OLUNUR…

Read Next

Evin tək oğlu, 4 bacının tək-subay qardaşı-ŞƏHİD ƏLİ MƏMMƏDOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir