Ailənin tək oğlu, iki bacının tək qardaşı…Ali təhsilli…Subay…2 medallı… 21 oktyabrda Anım Günü olacaq-ŞƏHİD ALI NOFƏL OĞLU HƏSƏNLİ – FOTOLAR

Alı Nofəl oğlu Həsənli…

İkinci Vətən Müharibəsi iştirakçılarından, İgidlərindən, Qəhrəmanlıq Dastanı Yazanlarından biri…

Vətən sevdalısı, Nur üzlü Şəhidimiz…

Alı 1995-ci ilin iyun ayının 22-də, yayın ilk günündə Bakı şəhərinin Nizami rayonunda dünyaya gəlib…

2001-2012-ci illərdə Nizami rayonunda yerləşən Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbdə oxuyub…

Məktəb illərində savadı, biliyi, davranışı, tərbiyəsi, vətənpərvərliyi ilə seçilib, fərqlənib…

Hər kəsin hörmətini, sevgisini qazanıb…

Orta məktəbi qurtardıqdan sonra, 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, Geofizika mühəndisliyi fakültəsinə daxil olub və 2016-cı ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub…

Ali təhsilini başa vuran il, 2016-cı ilin iyulunda hərbi xidmətə, Vətənin keşiyinə yollanıb, Beyləqan rayonunda xidmət edib…

2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb…

2017-2018-ci illərdə müxtəlif sahələrdə çalışıb…

2018-ci ilin dekabrından isə SOCAR-ın Təhlükəsizlik İdarəsində təhlükəsizlik xidməti əməkdaşı kimi çalışıb ta ki 2020-ci ilin 21 sentyabrına, səfərbərliyə cəlb olunana kimi…

2020-ci ilin 21 sentyabr tarixində səfərbərliyə cəlb olunan 25 yaşlı Alı İkinci Vətən Müharibəsinin ilk anlarından da döyüşlərdə iştirak edib…

Döyüş yolu Füzuli-Cəbrayıl istiqamətlərində keçib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

2020-ci ilin oktyabrın 21-də Cəbrayıl istiqamətində döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

21 oktyabr 2021-ci il tarixində, cəmi 25 yaşında ömür yolu yarıda qırılıb, yarımçıq qalıb…

Nəşi Bakıya gətirilərək dəfn edilib, torpağa tapşırılıb…

Ölümündən, Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Əslən Gürcüstanlı olan Alı ailənin tək oğlu, iki bacının tək qardaşı idi…

O, həm də subay olub…

***

21 oktyabr tarixində, Anım Günündə Şəhidin ailəsinin yaşadığı ünvanda anım mərasimi keçiriləcək…

Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər…

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1245 yeni yoluxma-DAHA 13 ÖLÜM…

Read Next

Daha bir məktəb koronavirusa görə bağlandı-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir