Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, Baş leytenant-ŞƏHİD TELMAN ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Bakının İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, ali təhsilli, idmançı, Baş leytenant Telman İqdam oğlu Ələkbərovun doğum günüdür.

Telman Ələkbərovun bu gün 31 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Telman Ələkbərov 1991-ci ilin martın 30-da Bakı şəhərində anadan olub.

1997-2003-cü illərdə Sabunçu rayonu 215 nömrəli tam orta məktəbdə təhsil alıb.

2003-2008-ci illərdə orta təhsilini Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirib.

2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb, 2011-ci ildə Goranboyda xidmətini başa vurub.

2013-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb.

Azərbaycan Ordusunun zabiti olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib və oktyabr ayında Ağdam istiqamətində döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Bakı şəhərində, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.

Telman həm də subay olub.

Anası Səmayə xanım hazırda, kimsəsiz, tək-tənha yaşayır.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə əklil qoyulacaq, gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin anası, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Bakının Əhmədli qəsəbəsindəki “Zərifə” şadlıq sarayında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, bir daha Telman Ələkbərovun ruhuna dualar oxunacaq.

Eyni zamanda, mərasimdə ilahilər, dini mahnılar səsləndiriləcək, çıxışlar ediləcək.

Cənnətdəki ikinci ad günü, mövludu, 31 yaşı mübarək, məqamı Uca olsun!

Nur içində yatsın!

00:00

***

Səhər saat 11:00 radələrində Şəhidin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası, yaxınları, Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra “Zərifə” şadlıq sarayında Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb, bir daha runuha dualar oxunub.

Mərasimdə Bakıdan, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər, Şəhidin anasına dəstək olublar.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Daha sonra İlahilər, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Şəhid Telman Ələkbərovun və cəmi Şəhidlərin, Qələbə və Zəfər Şəhidlərinin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Mərasimdə həm də kövrək, təsirli. duyğulu anlar yaşanıb.

13:01

***

FOTOLAR:

13:03

***

13:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin iki övladından biri, 24 yaşında Vətən yolunda canını fəda edən “Qorxmaz gizir” ləqəbli, 5 medallı-ŞƏHİD ELFAQ AZAD OĞLU NAĞIYEV – ŞƏHİDİN ORDEN HAQQI VERİLƏCƏKMİ? – FOTO-VİDEO – YENİLƏNİB

Read Next

Daha bir Şəhid ailəsinin özəl-şad günü: ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN BACISI NİŞANLANDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir