Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Avropa Liqasının ikinci turunun növbəti oyunu keçirilib.
Etikxeber.az xəbər verir ki, İtaliyanın F qrupunda yer alan “Milan” klubu “San Siro” stadionunda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib.
Oyunun favoriti sayılan milanlılar ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq hesabı yunanlar açıb. Leonardo Koutrisin cinah ötürməsini Guerero dəqiq baş zərbəsi ilə tamamlayıb – 0:1.
Fasiləyə gədər hesab dəyişilməmiş qalıb.
Qarşılaşmanın ikinci hissəsində “Milan” klubunun hücumçusu Qonsalo Hiquayin qapıçı ilə təkbətək qalsada rəqibin qolkiperi inamlı oynayıb. Matçın 70-ci dəqiqəsində “rossoneri”lər uzun sürən təzyiqdən sonra hesabı bərabərləşdirməyə nail olublar. Bu dəfə də qol cinah ötürməsindən sonra baş tutub. Belə ki, Rikardo Rodriqezin ötürməsini Patrik Kutrone baş zərbəsi ilə yekunlaşdırıb – 1:1. Qoldan altı dəqiqə sonra milanlılar yenidən fərqlənib. Qonsalo Hiquayin fərdi ustalığı sayəsində iki müdafiəçinin arasından qapıya dəqiq zərbə vurub – 2:1. Oyunda son nöqtəni yenidən Patrik Kutrone qoyub – 3:1. Görüş 3:1 hesabı ilə “Milan” klubunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Milan” avrokuboklar tarixində 200-cü qələbəsin qazanıb.
F qrupunda italyanlar ardıcıl ikinci qələbələrini qazanıblar. İlk turda Genaro Qatuzonun yetirmələri səfərdə “Dudelanc” komandasın məğlub edib (1:0). Bu qrupun digər oyununda “Real Betis” “Dudelanc” klubunun qapısından üç cavabsız top keçirib.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“A” qrupu
“Bayer Leverkuzen” – AEK – 4:2
“Cürix” – “Ludaqorec” – 1:0
“B” qrupu
“Rosenborq” – “Leypziq” – 1:3
“Zalzburq” – “Seltik” – 3:1
“C” qrupu
“Bordo” – “Kopenhagen” – 1:2
“Zenit” – “Slaviya Praga” – 1:0
“D” qrupu
“Anderlext” – “Dinamo Zaqreb” – 0:2
“Fənərbaxça” – “Sparta Trnava” – 2:0
“E” qrupu
“Qarabağ” – “Arsenal” – 0:3
“Vorskla” – “Sportinq” – 1:2
“G” qrupu
“Qlazqo Reyncers” – “Rapid Vyana” – 3:1
“Spartak Moskva” – “Vilyareal” – 3:3
“H” qrupu
“Apallon Limassol” – “Marsel” – 2:2
“Ayntraxt” – “Lazio” – 4:1
“İ” qrupu
“Malmö” – “Beşiktaş” – 2:0
“Sarpsborg 08” – “Genk” – 3:1
“J” qrupu
“Krasnodar” – “Sevilya” – 2:1
“Standard Leqiya” – “Akhisarspor” – 2:1
“K” qrupu
“Astana” – “Renn” – 2:0
“Yablonec” – “Dinamo Kiyev” – 2:2
“L” qrupu
BATE – PAOK – 1:4
“Çelsi” – “Vidi” – 1:0.
Etikxeber.az