Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunları yekunlaşıb.
Etikxeber.az xəbər verir ki, dördüncü tur çərçivəsində 23 qarşılaşma oynanılıb.
A qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Kiprin APOEL klubunun qonağı olub. Oyun 2:1 hesabı ilə APOEL komandasının xeyrinə başa çatıb. Qrupun digər oyununda “Sevilya” səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşıb. Oyun Sevilyanın qələbəsi ilə bitib (2:5).
Dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” A qrupunda liderlik edir. APOEL və Qarabağ 4 xalla ikinci və üçüncü yerləri bölüşür, “Düdelanj” isə 3 xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun bir görüşü artıq oynanılıb. F qrupunda yer alan “Arsenal” komandası ötən gün səfərdə Portuqaliyanın “Gimaraeş” komandası ilə 1:1 hesablı heç-heçə edib.
UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda keçirilən digər oyunlar aşağıdakılardır.
B qrupu:
“Kopenhagen” (Danimarka) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:1
“Luqano” (İsveçrə) – “Malmö” (İsveç) – 0:0
Qrupdakı vəziyyət: “Kopenhagen” – 6, “Dinamo”- 6, “Malmö”- 5, “Luqano” – 2.
C qrupu:
“Bazel” (İsveçrə) – “Xetafe” (İspaniya) – 2:1
“Krasnodar” (Rusiya) – “Trabzonspor” (Türkiyə) – 3:1.
Qrupdakı vəziyyət: “Bazel” – 10, “Xetafe”- 6, “Krasnodar” – 6, “Trabzonspor” – 1.
D qrupu:
“Rusenborq” (Norveç) – “Sportinq” (Portuqaliya) – 0:2;
LASK (Avstriya) – PSV (Hollandiya) – 4:1.
Qrupdakı vəziyyət: “Sportinq” – 9, LASK – 7, PSV – 7, “Rusenborq” – 0.
E qrupu:
“Latsio” (İtaliya) – “Seltik” (Şotlandiya) – 1:2;
ÇFR (Rumıniya) – “Renn” (Fransa) – 1:0.
Qrupdakı vəziyyət: “Seltik” – 10, ÇFR – 9, “Latsio” – 3, “Renn” – 1.
F qrupu:
“Standard Liq” (Belçika) – “Ayntraxt” (Frankfurt, Almaniya) – 2:1.
Qrupdakı vəziyyət: “Arsenal” – 10 (4 oyun), “Standard” – 6, “Ayntraxt” – 6, “Gimaraynş” – 1 (4 oyun).
G qrupu:
“Feyenoord” (Hollandiya) – “Yanq Boyz” (İsveçrə) – 1:1;
“Reyncers” (Şotlandiya) – “Portu” (Portuqaliya) – 2:0.
Qrupdakı vəziyyət: “Yanq Boyz” – 7, “Reyncers” – 7, “Portu” – 4, “Feyenoord” – 4.
H qrupu:
“Espanyol” (İspaniya)) – “Lüdoqorets” (Bolqarıstan) – 6:0;
“Ferentsvaroş” (Macarıstan) – MOİK (Moskva, Rusiya) – 0:0.
Qrupdakı vəziyyət: “Espanyol”- 10, “Lüdoqorets”- 6, “Ferentsvaroş” – 5, MOİK – 1.
I qrupu:
“Volfsburq” (Almaniya) – “Gent” (Belçika) – 1:3;
“Aleksandriya” (Ukrayna) – “Sent-Etyen” (Fransa) – 2:2.
Qrupdakı vəziyyət: “Gent” – 8, “Volfsburq” – 5, “Sent-Etyen” – 3, “Aleksandriya” – 3.
J qrupu:
“Borussiya” (Mönxenqladbax, Almaniya) – “Roma” (İtaliya) – 2:1;
“Volfsberq” (Avstriya) – “Başakşehir” (Türkiyə) – 0:3.
Qrupdakı vəziyyət: “Başakşehir” – 7, “Borussiya” – 5, “Roma” – 5, “Volfsberq”- 4.
K qrupu:
“Braqa” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 3:1;
“Vulverhempton” (İngiltərə) – “Slovan” (Bratislava, Slovakiya) – 1:0.
Qrupdakı vəziyyət: “Braqa” – 10, “Vulverhempton” – 9, “Slovan”- 4, “Beşiktaş” – 0.
L qrupu:
“Astana” (Qazaxıstan) – “AZ Alkmar” (Hollandiya) – 0:5;
“Mançester Yunayted” (İngiltərə) – “Partizan” (Serbiya) – 3:0.
Qrupdakı vəziyyət: “Mançester Yunayted” – 10, “AZ Alkmar” – 8, “Partizan” – 4, “Astana” – 0.
Etikxeber.az