“Axırıncı diversiya-təxribat cəhdindən sonra da Ermənistanın “ermənifobiya”dan danışması rəzillik, həyasızlıqdır”-JALƏ ƏLİYEVANIN CAVABI-YAZISI

Erməni, ermənilər və “ermənifobiya”…

İlk baxışda burada təəccüb doğuracaq qeyri-adi heç nə yoxdur…

Digər xalqlar kimi, onlar da özləri ilə bağlı istənilən iddianı səsləndirə, ortaya ata bilərlər…Amma…

Buna o zaman haqları çata bilər ki, doğrudan da, fobiyaya məruz qalsınlar, insanlıq, bəşəriyyət əleyhinə cinayətlərdə bulunmasınlar, başqa xalqların qanuni torpaqlarına, halal ərazilərinə göz dikməsinlər, təcavüzkarlıq, qəsbkarlıq siyasəti ilə məsul olmasınlar, günahsız insanların qanını tökməsinlər, şovinizm, rasizm, nasizm, terrorizm kimi çox zərərli, çox təhlükəli “dəyərləri” daşımasınlar. Ermənilərin timsalında isə tamamilə və birmənalı şəkildə bunların əksini görürük. Bu xalq əsrlərdir ki, müalicəsi qeyri-mümkün olan, vaksini hələ də tapılmayan “erməni millətçiliyi” xəstəliyinə tutulub, nasizmin, faşizmin, rasizmin, terrorizmin daşıyıcısına və köləsinə çevrilib.

Bunlar ermənilərin o qədər qanına, canına hopub, iliklərinə o qədər işləyib ki, ayrılmağa, qurtulmağa belə cəhd göstərmirlər, az sayda cəhd edənləri isə özləri öz əlləri və havadarlarının dirijor çubuğu ilə fiziki cəhətdən belə məhv etməkdən çəkinmirlər. 1999-cu ildə məhz Ermənistan parlamentində yaşananlar, spiker başda olmaqla, deputatların açıq-aşkar, heç nə olmamış kimi və məqsədli, planlı şəkildə gülləboran edilməsi, qətlə yetirilməsi bunun əyani təzahürüdür. Və yaxud Ermənistanın bu yaxınlarda qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyası başdan-ayağa başqalarına, xüsusilə, qonşu xalqlara və dövlətlərə nifrət, nasizm, faşizm, rasizm üzərində köklənib.

İndi belə olan halda, bu xalqın və onun başabəla ziyalılarının, başdan-ayağa çirkab, çamur içində olan siyasətbazlarının, əliqanlı dövlət adamlarının “ermənifobiya”dan danışması, xüsusilə, bu məsələdə Azərbaycanı, azərbaycanlıları, Azərbaycan türklərini hədəf alması həyasızlıqdan, “adımı sənə qoyum, qal yana-yana”dan, riyakarlıqdan, sülhə və təhlükəsizliyə növbəti təhdiddən başqa bir şey deyil…Bu gün (xüsusilə də, ötən əsrin 80-ci illərinin sonlarından, 200 mindən artıq Qərbi Azərbaycan türkünün son nəfərinə kimi, öz ata-baba yurdlarından vəhşicəsinə, qansızcasına deportasiya edilməsindən sonra) ərazisində özlərindən savayı başqa millətlərin, xalqların, entik qrupların mövcudluğu olmayan, planlı-proqramlı şəkildə mövcudluğuna son qoyulan, monoetnik nasist, rasist bir ölkənin və erməni xalqının “ermənifobiy”dan, özlərini növbəti dəfə dünyaya məzlum və zavallı cildində təqdim edərək, azərbaycanlılar tərəfindən “ermənifobiya”ya məruz qalmaqdan danışması ancaq onlara “yaraşan və yaraşacaq” bir rəzillikdir, murdarlıqdır…

19-cu əsrdə, 20-ci əsrin əvvəlləri və ortalarında yaşananları demirəm, elə son 32 ildə yaşananları bir anlıq göz önünə gətirsək, Quqark, Masis faciələrini, Bağanıs Ayrım, Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, Ballıqaya və s. soyqırımlarını, qətliamlarını yenidən-gözucu nəzərdən keçirsək, əsl fobiyanın mahiyyəti açılmış, tam ortaya çıxmış olar. Bunlar məhz Azərbaycana, azərbaycanlılara, Azərbaycan türklərinə nifrətin, “Azərbaycanfobiya”, “azərbaycanlıfobiya”, “türkfobiya”nın qanlı, insanlıq əleyhinə yönəlmiş cinayət əməllərinin “məhsulları”dır…”Ermənifobiya”dan danışanlar, bunu iddia edənlər bu utanca, bu ləkəyə cavab versələr, daha yaxşı olar, nəinki uydurma “fobiya”dan danışıb, yenidən şovinizm, rasizm, terrorizm havası əsdirsinlər…

Yeri gəlmişkən, hər kəsə məlum olduğu kimi, cəmi bir neçə gün öncə, avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd etdi. Ancaq Azərbaycan Ordusunun, Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alındı, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirildi. İstintaqa cəlb edilmiş sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf etdi.

İndi düşmən tərəf, qəsbkar ölkə Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməyə, beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmağa cəhd göstərir. Həyasız şəkildə Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlar səsləndirməyə çalışır. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bununla bağlı bəyanatında da deyildiyi kimi, Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranıb. Eyni zamanda, bəyanatda Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və “ermənifobiya” ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır.

Bəli, bu fitnəkarlıq və sülhə, təhlükəsizliyə yönələn növbəti qanlı təhdiddən sonra da ermənilərin danışmağa üzünün olması, “fobiya”dan dəm vurması sözün bitdiyi yer və atalar məsəlimizdəki “utamasan, oynamağ nə var ki”dir…

Ancaq bilsinlər və unutmasınlar ki, həlqələr getdikcə daralır və bundan sonra tam daralacaq, öz əkdiklərini bir-bir biçəcəklər və Azərbaycan tərəfindən bütün cəbhələrdə layiqli, haqq etdikləri cavabların alacaqlar.

İndi olduğu kimi, o zaman da “fobiya” nağılları göydən asılı qalacaq, heç kim o nağıllara inanmayacaq!

11:35

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az


Read Previous

“Rayonlara gediş-gəliş məsələsi, digər məsələlər də müsbət həllini tapa bilər…”-MİLLƏT VƏKİLİ OPERATİV QƏRARGANIN SON QƏRARINI VACİB VƏ DÜZGÜN SAYIR

Read Next

Azərbaycanda Aşuradır-BU GÜN…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir