“Rayonlara gediş-gəliş məsələsi, digər məsələlər də müsbət həllini tapa bilər…”-MİLLƏT VƏKİLİ OPERATİV QƏRARGANIN SON QƏRARINI VACİB VƏ DÜZGÜN SAYIR

Eldəniz SƏLİMOV: “Son qərarın müsbət cəhətlərindən biri də odur ki, sərt xüsusi karantin rejimi tətbiq edilmiş 13 rayon və şəhərdən 10-u artıq avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır. Həmin bölgələr arasında parlamentdə təmsilçisi olduğu Xaçmaz rayonu da var…”

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması çox doğru və düzgün addımdır. Buna zəruri ehtiyac vardı. Çünki son günlərin bəzi istisnalarla müsbət dinamikasına, yolxmaların və ölüm hallarının azlmasına baxmayaraq, hələ də koronavirus adlı bəla, “gizli düşmən” bizim aramızdadır, bizimlə yaşamaqdadır. Hələ də ondan tam qurtula, xilas ola bilməmişik. Bu baxımdan, 6 ayyarım ərzində çəkilən zəhmətlərin, gərgin fəaliyyətlərin, əldə edilən uğurlu nəticələrin hədər getməməsi, müsbət dinamikanın qorunub, saxlanalması, yoluxma və ölüm hallarının tam azaldılması, aşağıya endirilməsi üçün xüsusi karantin rejiminin bir müddət də uzadılması ehtiyac varıydı və bu ehtiyacı da nəzərə alaraq, Operativ Qərargah bu gün, saatlar öncə çox vacib, güzgün qərar qəbul etdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Bildirib ki, eyni zamanda, son qərarın müsbət cəhətlərindən biri də odur ki, sərt xüsusi karantin rejimi tətbiq edilmiş 13 rayon və şəhərdən 10-u artıq avqustun 31-dən sərt karantin rejimi zonasından çıxarılır.

“Həmin bölgələr arasında parlamentdə təmsilçisi olduğu Xaçmaz rayonu da var. Bununla belə, 3 bölgə-paytaxt Bakı da daxil olmaqla, Abşeron rayonu və Sumqayıt şəhəri ilə bağlı növbəti dəfə xüsusi sərt karantin rejiminin davam etdirilməsi qərara alındı. Bu da hesab edirəm ki, vacibiyidi. Çünki digər bölgələrlə müqayisədə həm Bakıda, həm Abşeronda, həm də Sumqayıtda yoluxma halları yüksəkdir, bütün çətinliklərə rəğmən, bu bölgələrdə hələ də sərtləşdirilmiş karantin rejiminin qalması və davam etdirilməsi daha məqsədəuyğundur. Bunlar bütün hallarda insanlarımızın sağlamlığının təmin edilməsi üçündür. Eyni zamanda, həm Operativ Qərargahın son qərarında, həm də bu gün keçirilmiş mətbuat konfransında rayonlara gediş-gəlişin tam açılmasının müzakirə mövzusu olduğu, bu yöndə qərarın vəziyyətə uyğun olaraq, verilməsinin gözlənildiyi bildirildi.

Hesab edirəm ki, növbəti dönəmdə, yaxın günlərdə bu istiqamətdə, eləcə də, əhalini maraqlandıran digər məsələlərin həlli istiqamətində arzuolunan müsbət qərarlar verilə bilər, bunlar gözləniləndir. Şəxsən buna inamım böyükdür. Bununla yanaşı, koronavirus bəlasından birdəfəlik qurtulmağımız, xilas olmağımız üçün bir az da səbr etməli, bir qədər məsuliyyətli olmalıyıq. Sosial məsafəni gözləməyə, karantin qaydaları və şərtlərinə riayət etməyə, tibbi maskalar və əlcəklərdən istifadəyə davam etməliyik. Ən əsası daim öz vətəndaşının yanında olan, onun təhlükəsizliyini, sağlamlığını bütün məsələlərdən üstün tutan ölkə Prezidenti cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı-Birinci xanım Mehriban xanım Əliyevanın tarixi çağırışlarına, müraciətlərinə öz məsuliyyətli addımlarımızla, vətəndaşlıq mövqeyimizlə əməli cavab verməliyik, onlara yardımçı olmalıyıq. Bir birlikdə xilas olmalyıq, biz birlikdə xilas olmağı bacarmalıyıq və biz birlikdə də xilas olacağıq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

17:26

Etikxeber.az

Read Previous

“Vəziyyəti ağır olduğu üçün evini tikib başa çatdıra bilmirdi…”-MİLLƏT VƏKİLİ QARABAĞ ƏLİLİNƏ GÖRƏ ƏMƏK NAZİRLİYİNƏ MİNNƏTDARLIQ ETDİ

Read Next

“Axırıncı diversiya-təxribat cəhdindən sonra da Ermənistanın “ermənifobiya”dan danışması rəzillik, həyasızlıqdır”-JALƏ ƏLİYEVANIN CAVABI-YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir