Azərbaycanlı pianoçu Londonda konsert verdi – FOTO

Azərbaycanlı pianoçu və bəstəkar Renara Axundova Londonda konsert proqramı ilə çıxış edib.

Etikxeber.az xəbər verir ki, Londonda “Rossotrudniçestvo” agentliyinin Böyük Britaniyadakı nümayəndəliyində “Art is Truth” adlı solo konsert proqramı ilə çıxış edən R.Axundova özünün bəstələdiyi əsərləri ifa edib. R.Axundovanın əsərlərini yüngül klassika, musiqili mənzərə rəsmləri kimi səciyyələndirmək olar. Onun bəstələri arasında musiqili portretlər də var. Bəstəkar deyir ki, bəzən maraqlı adamlarla görüşləri onu belə portretlər yaratmağa ruhlandırır.

Hazırda Parisdə yaşayan Renara Axundova Bakıda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yanında musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra tale onu Parisə gətirib.

Burada Renara musiqi sənəti ilə ciddi məşğul olmağa başlayıb. Tanınmış musiqiçi Belçika, İsveçrə, Fransa, İtaliya, Böyük Britaniya, Latviya və digər ölkələrdə konsert proqramları ilə çıxış etməklə yanaşı, teatr tamaşalarına musiqilər yazır, audiokitabların musiqi müşayiətlərinin hazırlanmasında iştirak edir.

Etikxeber.az

Read Previous

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Read Next

Rusiyanın Qarabağ münaqişəsinin həllində fəal rol oynaya biləcəyinə inanırıq – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir